Mojo.az Banner
Left Banner
Right Banner

“Qarabağ”ın qolunun müəllifi dəyişdirildi

26.02.2018 12:27 2 365
“Qarabağ”ın qolunun müəllifi dəyişdirildi
Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turunun “Qarabağ” – “Kəpəz” matçının protokolunda dəyişiklik edilib.

Oyundakı yeganə qol yarımmüdafiəçi Riçard Almeydanın deyil, hücumçu Mahir Mədətovun adına yazılıb.

Bu dəyişiklik baş hakim Orxan Məmmədovun raportuna əsasən edilib.

Qeyd edək ki, görüş “Qarabağ”ın qələbəsi ilə yekunlaşıb – 1:0. Həmin qol zamanı topun Riçard Almaydanın əlinə dəydiyi bildirilsə də, Orxan Məmmədov bu topun braziliyalıdan əvvəl Mahir Mədətovun ayağına dəydiyinə qərar verib.скачать dle 11.3
Mojo.az Banner