Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı

23.02.2018 13:02 2 244
Səfirlikdə 400 kiloqram narkotik aşkarlandı
Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.

Median.Az
-in APA-ya istinadən verdiyi məlumata görə, İ.Bliznyük Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir. Məlumata görə, səfirlik ilə sıx əlaqəsi olan Bliznyuk güc strukturlarının əməkdaşları üçün təhsil proqramlarının təşkili məqsədi ilə mütəmadi olaraq Rusiyaya səfər edib. Onunla birlikdə Aleksandr Çikalo adlı şəxs də saxlanılıb.

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib.

“Todo Noticias” bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.

KİV-lərin məlumatına görə, qeyd olunan narkotrafiklə həmçinin Əli Abyanov adlı səfirliyin mühasibi də əlaqəli olub. Məhz onun narkotiklə dolu çamadanları səfirliyin kollecinə gətirdiyi bildirilir. Mütəşəkkil cinayətkar qrupun rəhbəri olduğu ehtimal edilən şərti adı “Mister K” olan daha bir şəxs istintaqdan yayınıb.

Telefon danışıqlarının dinlənilməsi zamanı narkotikin Rusiya və Avropaya göndəriləcəyi müəyyən edilib.

İstintaqın nəticəsi olaraq, Rusiyada üç, Argentinada isə iki nəfər saxlanılıb.

Son xəbərlər