Mojo.az Banner
12:00 İlon Mask uçan avtomobilini təqdim etdi - Video  |     11:54 Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi  |     11:53 Yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura nə qədər pul xərclənəcək?  |     11:45 Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu  |     23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı

14.02.2018 11:01 7 992
Vəfat edən insanlarda xərçəng dərmanı aşkarlandı
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri hantinqton xəstəliyindən əziyyət çəkən xəstələrdə xərçəng riskinin 80 faiz aşağı düşdüyünü müəyyən edib.

Məlum olub ki, şişli hüceyrələr sinir hüceyrələrini zədələyən hantinqton zülalının qüsurlu formasına qarşı həssasdır.

Oxu.Az xəbər verir ki, bu barədə “MedicalXpress” pres-relizində bildirilir.

Hantinqton xəstəliyi - HTT genində CAG nukleotid tripletlərinin çoxalmasından qaynaqlanan və hantinqtinləri kodlaşdıran genetik sinir sistemi xəstəliyidir. Nəticədə zülalda qlutamin aminoturşusunun həddindən artıq çoxluğu müşahidə olunur.

Bu striatumun – kəllə beynin hərəkətverici reaksiya və şərti reflekslərə nəzarət edən hissəsinin atrofiyasına yol açır, sonrakı mərhələlərdə isə beyin qabığının zədələnməsi müşahidə edilir.

Xəstəliyin müalicəsi yoxdur və ilk simptomların meydana gəlməsindən sonra 15-20 il ərzində ölümlə nəticələnir.

Siçanlar üzərində aparılan sınaqlara əsasən, hantinqinlərin yumurtalıqların xərçəngli toxumalarına yeridilməsi, hər hansı əks təsirlər olmadan şişin inkişafını ləngidir. Preparat digər bədxassəli şişlərdə, o cümlədən süd vəzisi, prostat vəzi, qaraciyər, beyin, ağciyər, dəri və yoğun bağırsağın şişlərində sınaqdan keçirilib.скачать dle 11.3
Mojo.az Banner