Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”

03.07.2026 22:22 324
Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”
Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena Ağalarova “VOICE” nəşrinə müsahibə verib. Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, müsahibəsində öz biznesi olan “TISSAGIO” brendi barədə danışıb. “Ev tekstili brendi yaratmaq ideyası şəxsi ehtiyacdan yarandı. Mən toxunuşlara qarşı çox həssas biriyəm, ona görə də yataq dəsti seçimi mənim üçün hər zaman son dərəcə vacib olub. Səyahətdə olarkən əgər parça xoşuma gəlmirdisə, sözün əsl mənasında bütün həftəni pis yatırdım. Bir məqamda iş o yerə çatdı ki, evdən öz yataq dəstimi özümlə daşımağa başladım. Bununla belə, alış-verişə hər zaman çox rasional yanaşıram. Lakin ev tekstili ilə bağlı bir paradoksla qarşılaşdım: münasib qiymətə olan hər şey bir neçə yuyulmadan sonra xarici görkəmini itirir və ya toxunarkən xoşagəlməz hala gəlirdi. Bəzilərinin rəngi qaçır, bəziləri isə tüklənirdi. Çox böyük məbləğlərə alınan dəstlər isə illər keçdikcə daha da yumşalır və keyfiyyəti yaxşılaşırdı. Həmin vaxt mən qiymət və keyfiyyət nisbətinə görə özümə uyğun bir alternativ tapa bilmədim. Və bunu özüm yaratmağa qərar verdim – həqiqətən premium keyfiyyəti daha əlçatan edəcək bir brend”, - deyə o qeyd edib.

Alena jurnalistin evinizdə brendin məhsullarından hər hansı biri varmı sualına isə belə cavab verib:

“Bu gün evimizdəki tekstil məhsullarının demək olar ki, hamısı “TISSAGIO” brendinə məxsusdur. Hər bir məhsulu ilk növbədə öz ailəmdə sınaqdan keçirirəm. Məsələn, yataq dəstlərimizdən artıq il yarımdır istifadə edirik; hər biri saysız-hesabsız yuyulmaya baxmayaraq, hələ də ilk günkü kimi yeni görünür. Yorğan seçimimiz də müxtəlifdir: bəzən qu tükü, bəzən də yun yorğanlardan istifadə edirik. Yeri gəlmişkən, həyat yoldaşım uşaqlıqdan alışdığı üçün yun yorğana üstünlük verir və onun bir çox üstünlükləri var. Böyük oğlumuz isə bambuk materialı seçib. Yastıqdan tutmuş dəsmal və yorğanlara qədər hər şeyi özümüz istifadə edirik. Beləliklə, hər bir məhsul haqqında təkcə brendin təsisçisi kimi deyil, həm də sıravi bir istehlakçı kimi tam əminliklə danışa bilərəm”.


Son xəbərlər