Mojo.az Banner
21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |     19:43 Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü  |     19:38 Göyçayda 3 kiloqramdan artıq narkotik vasitə aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı Mosulda öldürülüb - VIDEO

06.02.2018 16:36 3 942
Azərbaycanlı Mosulda öldürülüb - VIDEO
Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən azərbaycanlının İraqda öldürüldüyü məlum olub. Bu barədə APA-ya İnterpol xətti ilə axtarışa verilən Anar Muradlının yaxınları məlumat verib. Yaxınlarının sözlərinə görə, A. Muradlı Rusiyada yaşayıb.

Bir neçə il əvvəl radikal dini qruplaşmalara qoşularaq Suriyadakı döyüşlərə qatılıb.İŞİD-in tərkibində vuruşan A. Muradlı bir müddət Raqqada, daha sonra Mosulda gedən döyüşlərdə iştirak edib.

O, İraq hökumət qüvvələrinin Mosula endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Yaxınlarının dediyinə görə, A. Muradlı ailəsi ilə birlikdə Suriyaya gedibmiş. Onun ölümü barədə məlumatı da həyat yoldaşı verib. Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanları 1991-ci ildə Zaqatalada anadan olmuş Muradlı Anar İlham oğlunu İnterpol xətti ilə axtarışa verib. O, qanunsuz silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.скачать dle 11.3
Mojo.az Banner