Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda valideyn uşağına "Arenda" adı qoymaq istədi

06.02.2018 15:48 5 961
Azərbaycanda valideyn uşağına
“Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdindəki “Adlar və soyadlar” komissiyasına şəxs adların düzgün yazılışı və dilimizə uyğun olmayan adların uşaqlara verilməsi ilə bağlı müraciətlər daxil olur”.

Median.Az
xəbər verir ki, bunu APA-ya Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

O bildirib ki, “ASAN xidmət” mərkəzləri tərəfindən Azərbaycan dilinə uyğun olmayan - “Toybəy”, “Arenda” adları ilə bağlı müraciətlər olub: “Bu adların uşaqlara verilməsinə icazə verilməyib. Bir də “Əli” və “Yusif” adlarının “Ali” və “Usub” şəklində uşaqlara verilməsini israr edən valideynlər var. Lakin adların düzgün yazılış forması “Əli” və “Yusif”dir. Bunu vətəndaşlarımız bilməlidir”.

Son dövrlər oğlan uşaqlarına daha çox dini adların qoyulduğunu vurğulayan S. Sadıqova qeyd edib ki, “Übeyd”, “Üveys” adları ilə də bağlı edilən müraciətlər artıb: “Bu günlərdə “Musab” və “Ünalp” adları ilə bağlı müraciət edilib. “Ünalp” çox maraqlı addır. “Ün” - səs, “alp” - igid deməkdir. Bu ad “İgidin səsi” anlamını verir. “Ünal”, “Tuqan”, “Tuqay” adları da artıq qəbul olunub. “Tuqay” adının isə iki mənası var. Bu ad həm “hərbi birlik”, həm də “əziz” mənasını daşıyır”.скачать dle 11.3

Son xəbərlər