Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Deputat su israfçılığından şikayətləndi

26.01.2018 16:20 2 731
Deputat su israfçılığından şikayətləndi
Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin parlamentin qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da ilk iclası keçirilib.

Adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitənin beş iclası olub, 17 məsələ, o cümlədən, 13 qanun layihə müzakirə olunaraq, plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövründə vətəndaşlardan komitəyə 70 şikayət, ərizə və müraciət daxil olub və onlardan bir çoxu həllini tapması üçün aidiyyəti qurumlara göndərilib.

Komitə sədri bildirib ki, 2018-ci il qanunvericilik işləri planında “Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında” qanun layihəsi var ki, onun may ayında müzakirələrə çıxarılması gözlənilir:

“Əslində, bu sənəd ötən ilin dekabr ayında başa çatdırılıb, müzakirələrə təqdim olunmalı idi. Amma bu, mümkün olmadı. Kənd Təsərrüfatı Nazirliyi bu sənədi həmin müddətdə hazırlayıb başa çatdıra bilmədi. Odur ki, bu sənədin tam şəkildə hazırlanıb, may ayında müzakirələrə çıxarılması nəzərdə tutulur”.

E. İbrahimov iclasın gündəliyinə salınan “Meliorasiya və irriqasiya haqqında” qanuna dəyişikliklər barədə məlumat verərək deyib ki, burada “pullu” sözünün “ödənişli” sözü ilə əvəzlənməsi təklif olunur.

Adıçəkilən komitənin sədr müavini Eldar Quliyev də çıxışında məlum dəyişikliyə toxunaraq deyib ki, bu, su ilə bağlı məsələdə israfçılığa son qoyacaq:

“Çünki özümüz də şahidik ki, məhsul-yığım mövsümü zamanı su ilə bağlı hansı problemlər yaranır. Sudan bəzən başqa sahələr və məqsədlər üçün istifadə edilir, fermerlər, sahibkarlar isə çıxılmaz durumda qalırlar. Ona görə də bu dəyişiklik su israfçılığının qarşısını alacaq”.

Komitənin üzvü Aydın Hüseynov isə çıxışında bank sektoru qədər sığorta sektorunun da mühüm önəm daşıdığını bildirib:

“Bəzi ölkələrdə sığorta sektoru o qədər inkişaf edib ki, bank sektorunu da üstələyib. Bu baxımdan, kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında qanun layihəsi vacib sənəddir. Yəni, kənd təsərrüfatında da sığortanın stimullaşdırılması tətbiq olunmalıdır və bunun üçün də ilk növbədə güclü qanunvericilik bazası olmalıdır. Odur ki, yeni qanun bu məsələyə öz töhfəsini verə bilər və verəcək”./oxu.azскачать dle 11.3
Mojo.az Banner