ANA FƏRYADI: “Uşağın məktəbə geyinməyə gödəkcəsi, ayaqqabısı yoxdu” – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:03 Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi  |     22:58 General-leytenant təqaüdə göndərildi  |     22:53 Azərbaycanda 4 şirkət ləğv edildi  |     22:49 Azərbaycanla daha bir ölkə arasında viza rejimi ləğv olunur  |     22:44 Saray körpüsünün istifadəyə veriləcəyi tarix açıqlandı  |     22:36 ABŞ olimpiya iştirakçısının tutulmasına görə 10 milyon dollar mükafat təyin etdi  |     22:31 "50 qəpik" avtoyumanın kassaları yarıldı: Qəpiklər oğurlandı  |     22:25 Neftin qiyməti ticarət müharibəsi və ABŞ-da resessiya qorxusu fonunda düşür  |     22:16 Azərbaycanlı tələbə dünyanın ən nüfuzlu universitetinə qəbul oldu  |     22:10 Dünyanın ilk tam avtomatlaşdırılmış süni intellekt agenti "Manus" təqdim edildi  |     22:04 Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO  |     21:57 HƏMAS: Qəzzada aclığın ilk əlamətləri müşahidə olunur  |     21:53 KİV: Filippinin keçmiş prezidenti Haaqada məhkəmə qarşısına çıxarılacaq  |     21:47 MN-in sabiq maliyyə xidmət rəisi bir milyon manatdan çox mənimsəmədə təqsirləndirilir - MƏHKƏMƏ  |     21:42 Paşinyan ilk dəfə Türkiyə mediasına müsahibə verib  |     21:35 “Azəriqaz” Cəbrayılda əmək yarmarkası keçirəcək  |     21:30 Yeniyetmələrin dərs və gecə vaxtı “TikTok”a girişi məhdudlaşdırılır  |     21:22 Azərbaycanın həndbol millisi Moldovaya məğlub olub  |     21:17 Tennis hakimi korrupsiyaya görə 6 illik diskvalifikasiya edilib  |     21:09 Kamran Əliyev Suraxanıda vətəndaşları qəbul edib  |    

ANA FƏRYADI: “Uşağın məktəbə geyinməyə gödəkcəsi, ayaqqabısı yoxdu” – VİDEO

Girzan kəndi! Rayon mərkəzindən təxminən 15 kilometr aralı olan bu kəndə bizi aparan Əjdərovlar ailəsinin sorağı oldu. Kənddə hər kəs bu ailəni tanıyır. Həyat şəraitlərinin ağır olduğu deyilən Əjdərovlar həqiqətən də çətin vəziyyətdə yaşayırlar. Evləri köhnə, təmirsiz və soyuqdur. Qızdırmaq çətindir bu tikilini.

Median.Az
xəbər verir ki, Əjdərov Məhəmməd ailənin başçısıdır. Məhəmmədgil ailədə 11 övladdırlar. Yəni özündən başqa 10 bacı-qardaşı var. Onlardan 8-i qız, 3-ü oğlandır. Qardaşları ailə qurub öz evlərində yaşayırlar. Bacılarının 6-sı ailəlidir, 2-si isə ruhi xəstəlikdən əziyyət çəkir. Məhəmmədin ata-anası illər öncə vəfat ediblər. Məhəmmədin öz ailəsi 6 nəfərdən ibarətdir. 4 övladı – 1 qız, 3 oğlan, həyat yoldaşı Xəyalə və özü. Ancaq ruhi xəstəlikdən əziyyət çəkən 2 bacısı da onlarla yaşadığı üçün ailədə 8 nəfərdirlər.

Məhəmmədin dediyinə görə, təhsili olmadığı üçün kənddə fəhləlik etməklə çörək pulu qazanır. Əvvəllər istənilən ağır işə gedə bilsə də, sonradan mədəsində yaranan xəstəlik səbəbindən həkim ona ağır fiziki işlər görməyi qadağan edib. İndi o, ancaq yüngül işlərlə məşğul ola bilir. Belə işlər də kənd yerində çox az olur. Vəziyyəti ağır olan Əjdərovlar ailəsi bəzən çörək almağa belə pul tapmırlar: “Əvvəl işləyə bilirdim, qolum tuturdu. Təzəlikcə başladı ağrılar, getdim həkimə mədədə yaranın olduğunu dedilər. Sonra işləyə bilmədim. Ağır işə gedə bilmirəm, kiməsə kömək edirəm, 5-10 manat verir. Ağrı getdikcə çoxaldığı üçün çox işə gedə bilmirəm. Azərbaycan xalqından kömək istəyirəm”.

Məhəmməd bacı-qardaşlarının da maddi vəziyyətlərinin yaxşı olmadığını deyir. Təsərrüfat üçün torpaq sahəsi də azdır. Övladlarından böyüyü – 12 yaşlı Vüsal məktəbə gedir. Qohum-əqrəbanın gücü hərdən uşaqlara geyilmiş paltar verməyə çatır. Uşaqlardan birinin 7, digərinin 4, sonuncusunun isə 2 yaşı var. Məhəmməd deyir, yüngül işi də yoxdur ki, qazanıb gətirib dolandırsın uşaqları: “Qışın günüdür, iş yoxdur. Hamısı ağlayır, axşam olanda dördü də mədəsini qucaqlayır. Özümün də mədəm ağrayır”.

Yaşadıqları evin vəziyyəti çox acınacaqlıdır. Zirzəmidəki siçovulların döşəməsi deşik-deşik olan otağa girib uşaqlara xəsarət yetirdiyi hallar da az olmayıb. Divarlar isə çat-çatdır bu evdə. Evi bir təhər topladıqları odun qırıqları ilə qızdırmağa çalışırlar.

Məhəmmədin ruhi xəstəlikdən əziyyət çəkən bacıları 2-ci qrup əlildirlər. Onların hər biri 55 manat təqaüd alır. Ailədən bildirirlər ki, qızların təqaüdləri onların dərmanlarına xərclənir. Məhəmməd deyir ki, əvvəllər ailəsi 160 manat sosial yardım alırdı, bu da müəyyən qədər onların yaşayışına dəstək olurdu. Lakin 5 ay əvvəl yardımın kəsilməsi ailəni daha da çətin vəziyyətə salıb.

Məhəmmədin həyat yoldaşı Xəyalə Əjdərova da uşaqlarına görə narahatdır: “Neçə dəfə icra hakimiyyətinə getmişik, Qənirə xanıma yazmışam, o da yazıb ki, bu ailəyə kömək olunsun, elə də qalır, eləcə get-gələ salırlar. Allah haqqı dolana bilmirik. Üç əsgər böyüdürəm, bilmirəm necə edim”.

Uşaqlardan biri, Vüsal məktəbə gedir. Ana fəryad edir ki, uşağının məktəbə geyinməyə nə isti ayaqqabısı, nə də gödəkcəsi var. Oğlana məktəbdə lağ etmələrindən ana göz yaşları içində danışır: “Heç kim də kömək eləmir. Televizoru da bir qohumum verib ki, uşaqlar cizgi filminə baxsınlar, başları qarışsın, yemək istəməsinlər. Hər kəsdən kömək istəyirəm”.

Vüsalın da həmyaşıdları kimi arzuları var gələcəyi ilə bağlı. Bu yaşında onun simasında yaşantılarından dolayı təbəssüm yoxdur. O da yoxluğun nə olduğunu başa düşür artıq. Məktəbə geyinməyə fəslə uyğun geyimi belə yoxdur bu balanın. İncidir bütün bunlar Vüsalı. Azyaşlı Vüsal deyir ki, o, oxumağa həvəslidir. Böyüyəndə polis olmaq istəyir. Arzularına çatması üçün bu gün bu balaya dəstək olmaq lazımdır.

Ailənin durumu ilə bağlı Girzan kəndinin daxil olduğu Hunanlar inzibati dairəsi üzrə nümayəndə Sakit Məmmədovla görüşdük. Bildirdi ki, Əjdərovlar ailəsinin maddi vəziyyətinin ağır olması barədə məlumatları var. Deyir, bacardıqları qədər həmin ailəyə kömək edirlər. O ki qaldı sosial müavinətlərin kəsilməsinə, Sakit Məmmədov bunun əvəzində ailəyə iribuynuzlu heyvan veriləcəyini bildirir. Həmsöhbətimiz Məhəmməd Əjdərovun da adının heyvan almaq istəyənlər siyahısında olduğunu deyir.

Hələlik isə ortada olan vəziyyət bizim sizə göstərdiklərimizdən ibarətdir, hörmətli tamaşaçılar. Sizin bu verilişi izlədiyiniz anlarda da Məhəmməd və həyat yoldaşı Xəyalə günü nə ilə başa vuracaqları, sabah uşaqlara bir qarın yemək və isti geyim haqda daha hansı nağılları uyduracaqlarını və nələr vəd edəcəklərini düşünürlər. Gəlin hamılıqla Əjdərovlar ailəsini nəhayət ki, bu daimi düşüncələrdən xilas edək. Qoy bu ailədə də valideynlər yalnız bu günü düşünmək dərdindən xilas olub övladlarının xoş gələcəyi, övladlar isə sadəcə sabahın dərsləri barədə düşünsünlər…

İzlədiyiniz bu ailəyə yardım etmək üçün əlaqə nömrəsi: 051 383 62 16 –Əjdərov Məhəmmədскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 628 25.01.18 11:28