Mojo.az Banner
20:40 "Sabah"ın U-19 komandası "Mançester Yunayted"ə böyük hesabla uduzdu  |     20:35 Günəşlə bağlı MÜHÜM XƏBƏR: 2029-cu ilədək...  |     20:27 Məşhur türk şoumeni infarkt keçirdi (FOTO)  |     20:22 Bakının bu ərazilərində ev alanlar daha çox qazanacaq  |     20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |    
Left Banner
Right Banner

Bakıda atasından pul alan qadını əri döydü, həbs edildi

02.08.2025 13:23 1 026
Bakıda atasından pul alan qadını əri döydü, həbs edildi
Bakıda atası tərəfindən bank kartına pul göndərilən qadın döyülüb.

Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Masallı rayonunda qeydiyyatda olmaqla Bakının Nərimanov rayonuda yaşayan 1994-cü il təvəllüdlü Məhəmməd Məmmədov (soyad şərtidir) 2023-cü ildə ailə qurur. Birgə nikahdan ailənin bir övladı dünyaya gəlir.

Bir müddətdən sonra Məhəmməd xəbər tutur ki, onun həyat yoldaşı ondan gizli bank kartı işlədir və ondan şübhələnməyə başlayır. Bir neçə gün öncə evə sərxoş vəziyyətdə gələn Məhəmməd yataq otağında olarkən həyat yoldaşının kartına yenidən pul göndərildiyini görür və cütlük arasında mübahisə yaranır. Qadına pulu atasının göndərdiyi məlum olsa da, Məhəmməd ona inanmır və mübahisə nəticəsində o, həyat yoldaşını yumruq və təpik zərbələri ilə döyür.

Qadın evdən qaçaraq küçəyə çıxır və polisə məlumat verir. Hadisə yerinə polis əməkdaşları gəlir və Məhəmməd saxlanılır. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilir və faktla bağlı cinayət işi başlanır.

Məhkəmə prosesində həyat yoldaşı Məhəmmədin bağışlamır və ona cəza verilməsini istəyir.

Məhkəmənin hökmü ilə M.Məmmədov 3 ay azadlıqdan məhrum edilir.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner