Mojo.az Banner
19:37 Ağdamda yaşayanların sayı açıqlandı  |     19:30 Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO  |     19:25 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? - VİDEO  |     19:16 Qanunsuz saxlanılan silah-sursat aşkarlandı  |     19:11 "Şrek" ekranlara qayıdır - Tarix açıqlandı  |     19:04 Bacısı ona 15 bıçaq zərbəsi vuran qardaşını bağışladı  |     18:54 MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi  |     18:41 Bakıda iti binadan atan şəxs həbs edildi  |     18:30 Bakıdakı böyük oyuna doğru: Çexiya klubuna ayrılan yerlərin sayı açıqlandı  |     18:21 Sabahdan kirayə mənzil üçün müraciətlər müvəqqəti dayandırılır  |     18:08 Bakıda məktəbli qətlə yetirildi, sinif yoldaşı saxlanıldı  |     17:44 Leysan, dolu və qar gözlənilir - Xəbərdarlıq  |     17:36 Bakıda kişi arvadını dişlədi, tava ilə döydü  |     17:28 Sabiq idarə rəisinin məhkəməsində şahidlər hansı faktları açıqladılar?  |     17:09 Müəllimləri hansı böyük dəyişikliklər gözləyir? – təhsillə bağlı diqqətçəkən AÇIQLAMA  |     17:01 Pulsuz hüquqi yardımdan əsassız imtina qadağan edilir  |     16:51 Azərbaycanda əlavə iş yerləri yaradılacaq  |     16:27 Mingəçevirdə qadın bıçaqlandı - Əri tutuldu  |     16:26 Gürcüstanda azərbaycanlı qətlə yetirildi  |     16:13 Abşeronda yaşayış binasında partlayışa dezodorant səbəb olubmuş - Təfərrüat - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi

05.10.2026 18:54 93
MN-də 143 milyonluq mənimsəmə: Məhkəmə sabiq general və polkovniklərlə bağlı qərar verdi
Müdafiə Nazirliyində (MN) 143 milyon manatın mənimsənilməsi faktı üzrə təqsirləndirilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
"Report"a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayətləri təmin edilməyib. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan vəsaitləri mənimsəməkdə ittiham olunurlar.

Cinayət işi üzrə dövlətə dəymiş ümumi ziyanın məbləği 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manat ödənilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.

Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmə) ilə ittiham irəli sürülüb.
скачать dle 11.3
Mojo.az Banner