Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır

23.09.2026 15:53 381
Çin yükləri uğrunda Xəzərdə rəqabət güclənir: Türkmənistan və Özbəkistanın rolu artır
Orta Dəhlizdə Çin yükləri uğrunda rəqabət getdikcə güclənir. Uzun müddət regionda əsas marşrutlardan biri olan Qazaxıstanla yanaşı, Türkmənistanın fəallığı artır, Özbəkistan isə Azərbaycana uzanan yeni marşrutun mühüm halqasına çevrilir.

İndiyədək Çindən gələn yüklər əsasən Çin – Qazaxıstan – Xəzər dənizi – Azərbaycan marşrutu ilə daşınıb. Lakin Çin son dövrlərdə Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçən alternativ cənub marşrutunu da sınaqdan keçirir. Aparılan sınaqlar zamanı Oş dəmir yolu vağzalından Bakıya yükün çatdırılması 11 günə başa gəlib.

2025-ci ildə Çin, Azərbaycan, Türkmənistan, Özbəkistan və Qırğızıstan yeni multimodal marşrutun işə salınması ilə bağlı razılığa gəliblər. Bu marşrut üzrə Çindən göndərilən yüklər əvvəlcə Oşa çatdırılır, daha sonra Özbəkistan və Türkmənistan ərazisindən keçməklə Xəzər dənizinə, oradan isə Bakıya daşınır.

Bu proses fonunda Türkmənistan Türkmənbaşı limanının imkanlarını genişləndirir. İlkin məlumatlara görə, 2026-cı ilin ilk səkkiz ayında Bakı ilə Türkmənbaşı arasında yükdaşımaların həcmi təxminən 35 faiz artaraq 1,5 milyon tona yaxınlaşıb.

İyul ayında Azərbaycan, Türkmənistan və Özbəkistan eTIR sistemi çərçivəsində ilk multimodal daşımaları həyata keçirib. Bu sistem kağız sənəd dövriyyəsini azaltmağa və gömrük prosedurlarını sürətləndirməyə imkan verir.

Türkmənistan nəqliyyat sahəsində BMT ilə əməkdaşlığın genişləndirilməsi məsələsini də müzakirə edir. Gündəliyə logistika və əməkdaşlıq üzrə beynəlxalq mərkəzin yaradılması məsələsi də daxildir.

Qazaxıstan isə öz marşrutunun inkişafını davam etdirir. “Mərkəzi Asiya – Koreya Respublikası” sammitində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev TRIPP layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsini və Cənubi Koreyadan Mərkəzi Asiya vasitəsilə Avropaya uzanan nəqliyyat zəncirinin yaradılmasını təklif edib.

“Son altı il ərzində bu dəhliz üzrə yükdaşımaların həcmi beş dəfə artıb. Yaxın perspektivdə onun ötürücülük qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindəyik”, – Tokayev bildirib.

Özbəkistan üçün yeni cənub marşrutunun inkişafı dəmir yolu tranzitinin və tranzit gəlirlərinin artması imkanını yaradır. Artan rəqabətin tariflərin aşağı salınmasına və Orta Dəhlizin daha cəlbedici marşruta çevrilməsinə təsir göstərə biləcəyi gözlənilir.

Son xəbərlər