Mojo.az Banner
21:57 Cəlilabadda suyun verilişi bərpa olunub  |     21:55 Leyla Əliyeva Nüsrət Kəsəmənlinin şeirini səsləndirib - Video  |     21:44 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır  |     21:39 Modemi ayda bir dəfə söndürün - Səbəbi AÇIQLANDI  |     21:33 Nikahlar sürətlə azalır - Ailə quruculuğunda böhran var?  |     21:25 Bu rəngdə avtomobillər daha çox qəzaya düşür  |     21:20 Bu 4 bürcə ŞAD XƏBƏR - Sentyabrın ikinci yarısından...  |     21:11 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:06 Ustanı müqaviləsiz işlədən "Build Master"ın direktoru cərimələndi  |     20:53 Taksi biznesi vədi ilə 375 min manatlıq dələduzluq  |     20:48 "Dərsliklərin dili ağır və akademikdir" - Təhsil eksperti  |     20:41 Fiziki süni intellektə "eşitmə" qabiliyyəti qazandırmaq üçün 18 milyon dollar toplandı  |     20:36 İnternetdə asan qazanc təkliflərinin arxasında nə gizlənir? (VİDEO)  |     20:27 Boyadan istifadə etmədən ağ saçları necə daha az nəzərəçarpan etmək olar?  |     20:22 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək - VİDEO  |     20:14 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır!  |     20:09 Yaşıllıqlara 40 min manata yaxın ziyan vuruldu  |     20:02 Bakı Dəmiryol Vağzalında Milli Musiqi Günü münasibətilə fleşmob keçirildi - VİDEO  |     19:56 Bakıda avtobus həyətin girişində qaldı - VİDEO  |     19:51 FIFA Qavinin cəzası ilə bağlı qərar verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

18.09.2026 21:11 114
Bu ölkə
İrlandiya 2027-ci ildə "Avroviziya" musiqi müsabiqəsində iştirak etməyəcək və İsrailin iştirakına görə onu yayımlamayacaq.

Median.Az
"Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın ictimai yayım şirkəti "Raidió Teilifís Éireann" (RTÉ) bildirib.

"RTÉ "Avroviziya-2027"də iştirak etməyəcək və onun yayımından imtina edəcək", - yayımçının rəsmi bəyanatında qeyd olunub.

Şirkət nümayəndələri izah ediblər ki, bu qərar Qəzza zolağında davam edən humanitar böhranla əlaqədardır.

"Avroviziya"nın direktoru Martin Qrin RTÉ-nin mövqeyinə görə təəssüfləndiyini bildirib, eyni zamanda qəbul edilmiş qərara tam hörmətlə yanaşdığını vurğulayıb. Onun sözlərinə görə, Avropa Yayım İttifaqı (EBU) RTÉ ilə dialoqu davam etdirəcək və gələcəkdə İrlandiyanın müsabiqəyə qayıdacağına ümid edir.

2026-cı ildə EBU üzvlərinin əksəriyyətinin İsrailin "Avroviziya"da iştirakını qoruyub saxlamağa imkan verən islahatlar paketini qəbul etmək qərarından sonra İrlandiya Niderland, İspaniya, İslandiya və Sloveniya ilə birlikdə müsabiqəni boykot etmişdi. Niderland da 2027-ci il müsabiqəsində iştirakdan imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, "Avroviziya-2027" 11-15 may tarixlərində Bolqarıstanın Burqas şəhərində keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner