Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib | 11:03 General Natiq Əliyevin qızı saxlanıldı | 22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb |
Mojo.az Avto
Mojo.az Avto

Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB

10.09.2026 18:39 303
Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB
Qatıq bütün fəsillərdə insanlar tərəfindən sevilən və süfrələrdə geniş istifadə olunan süd məhsullarından biridir.

Bir çox ailə qatığı ev şəraitində hazırlamağa üstünlük verir. Lakin evdə hazırlanan qatıq soyuducuda saxlanıldıqda 1-2 gün ərzində turşuya bildiyi halda, marketlərdə satılan qatıq məhsullarının daha uzun müddət
dad və keyfiyyətini qoruması diqqət çəkir.

Maraqlıdır, marketlərdə satılan qatıq məhsulları niyə daha uzun müddət xarab olmur? Evdə hazırlanan qatığın daha tez turşumasının səbəbi nədir? Qatığın saxlanma müddətinə temperatur rejimi və istehsal zamanı istifadə olunan əlavələr necə təsir edir?

Mövzu ilə bağlı azxeber.com-a danışan Texnika elmləri doktoru, qida eksperti Elsevər Fərzəliyev bildirib ki, süd məhsullarının saxlanılmasında temperatur rejimi mühüm rol oynayır:

"İstehsal olunan süd məhsulları ən qədim zamanlardan bəri bir neçə gün saxlama qabiliyyətinə malik olur. Soyuducuda bu məhsulların saxlanılmasında soyuducunun daxilində olan temperatur rejimi kömək edir. Temperatur rejimi soyuducunun daxilində, yəni salonunda 0-dan müsbət 6 dərəcəyə qədər olmalıdır. Standarta uyğun olaraq 4 ± 2 dərəcə kimi qeyd edirlər. Bu mühitdə saxlanılan qatıq məhsulları uzun müddət qala bilir. Bir-iki gün yox, bir neçə gün qalır”.

Ekspert qeyd edib ki, ev şəraitində hazırlanan qatıq da düzgün temperaturda saxlanıldıqda daha uzun müddət keyfiyyətini qoruya bilər:

"Mən də, məsələn, kənd südünü alıram, qatıq mayalandırıram, qoyuruq soyumağa. Bir həftədən sonra da korlanmır. Sənaye miqyasında istehsal olunan qatıq məhsullarının uzun müddət qalmasının bir səbəbi var. O səbəb qatıq istehsalında süd məhsullarına əlavə edilən konservantlardır ki, onlar E qrupu əlavələrinə aiddir. O konservantlar ki, südün qalma müddətini uzada bilir, bu əlavələr qatılmış süd məhsulları, o cümlədən qatıq da uzun müddət qalmaq qabiliyyətinə malikdir”.

Qida eksperti vurğulayıb ki, qida əlavələrinin istifadəsi zamanı müəyyən edilmiş normalara əməl olunması vacibdir:


"Amma bir məqamı da qeyd edim ki, qatığın hazırlanmasında istifadə olunan E qrup qida əlavələri normadan artıq miqdarda istifadə edildikdə insan orqanizminə mənfi təsir göstərə bilər. Bu, təkcə qatığa deyil, digər qida məhsullarına da aiddir. E qrup qida əlavələri müəyyən edilmiş normalar çərçivəsində istifadə olunmalı və insan orqanizminə də həmin miqdarlarda daxil olmalıdır. Normadan artıq qəbul edildikdə isə orqanizm üçün mənfi təsirlərə səbəb ola bilər".

Son xəbərlər