Mojo.az Banner
22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |     20:55 Məşhur türk aktyoru vəfat etdi  |     20:46 "WhatsApp" istifadəçilərinə xəbərdarlıq: Bunu mütləq bilməlisiniz  |     20:41 Bakıda axtarışda olan şəxs bərbərxanada TUTULDU  |     20:34 "Qızıl top" mükafatına namizədlərin ADLARI  |     20:29 Ermənistan AES-in fəaliyyəti 2041-ci ilədək uzadıla bilər  |    
Left Banner
Right Banner

Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA

09.09.2026 20:10 123
Bank kartlarından çıxılan pullarla bağlı VACİB AÇIQLAMA
Bank kartından xəbərsiz şəkildə pul çıxarılması halları vətəndaşları ciddi narahat edən məsələlərdəndir.

Belə vəziyyətdə bankla müştəri arasında əsas mübahisə isə məsuliyyətin kimin üzərinə düşməsi ilə bağlı yaranır. Vətəndaş əməliyyatı özü həyata keçirmədiyini bildirirsə, bunu kim sübut etməlidir – müştəri, yoxsa bank?

Məsələ ilə bağlı danışan vəkil Turan Abdullazadə bildirib ki, vətəndaş bank əməliyyatını özü həyata keçirmədiyini bəyan etdiyi halda, həmin əməliyyatın təhlükəsizlik tələblərinə uyğun aparıldığını sübut etmək bankın üzərinə düşür.

Vəkilin sözlərinə görə, bu məsələ “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununda da öz əksini tapıb.

O qeyd edib ki, Qanunun 25.5-ci maddəsinə əsasən, müştəri ödəniş əməliyyatını həyata keçirmədiyini bildirdiyi zaman əməliyyatın düzgün autentifikasiya edildiyini, qeydə alındığını və texniki nasazlığın olmadığını sübut etmək bankın öhdəliyidir.

“Yəni qanunvericiliyə əsasən sübut etmək bankın borcudur, sübut etmək yükü bankın üzərindədir. Qanunun 41.5-ci maddəsi banklardan gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqini tələb edir. Bu zaman ən azı iki müstəqil təsdiq elementindən istifadə olunmalıdır. Həmin təhlükəsizlik mexanizmləri tətbiq edilməyibsə və ya müştəriyə kartın bloklanması üçün lazımi imkanlar yaradılmayıbsa, yaranan itkilərə görə vətəndaş məsuliyyət daşımaya bilər. Bank təhlükəsizlik qapısını açıq qoyubsa, oradan girilməsinin vurduğu ziyan sizin probleminiz deyil. Autentifikasiya yoxdursa və həmin anda işlək vəziyyətdə deyildirsə, burada məsuliyyət bankın üzərindədir. Vətəndaşın bankı rəsmi şəkildə məlumatlandırdığı andan sonra baş verən icazəsiz əməliyyatlardan yaranan itkilərə görə müştəri məsuliyyət daşımır. Bankın təhlükəsizlik tədbirlərinə əməl etməməsi nəticəsində vətəndaşın məruz qala biləcəyi itkinin maksimum həddi 100 manatdır”.

Bununla yanaşı, T.Abdullazadə vətəndaşların öz təhlükəsizlik qaydalarına da diqqət etməsinin vacib olduğunu deyib:

“Bank tərəfindən bütün təhlükəsizlik tədbirlərinə əməl edilibsə, müştərinin OTP kodunu, CVV kodunu və ya internet bank parolunu başqa şəxslə paylaşması ciddi nəticələrə səbəb ola bilər. Belə hallarda bank bunu müştərinin kobud ehtiyatsızlığı kimi qiymətləndirə və yaranmış itki ilə bağlı məsuliyyətdən azad olunmağa çalışa bilər. Vətəndaşlar bəzən bilmədən müxtəlif təhlükəli addımlar atırlar və banklar belə hallarda əməliyyatın müştərinin təqsiri ucbatından baş verdiyini sübut edə bilirlər. Gücləndirilmiş elektron imza və ya “ASAN İmza” vasitəsilə vətəndaşın adından kredit götürülməsi hallarında da məsuliyyət məsələsi autentifikasiyanın necə həyata keçirilməsindən asılıdır. Müştərinin ehtiyatsızlığı olsa belə, bank qanunla tələb olunan təhlükəsizlik tədbirlərini tətbiq etməyibsə, məsuliyyət yenə bankın üzərinə düşə bilər. Bank müştərinin kobud ehtiyatsızlıq etdiyini açıq şəkildə sübuta yetirməlidir. Əks halda, yaranmış itki ilə bağlı məsuliyyət bankın üzərində qala bilər”.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner