Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

“Google”-dan təcili xəbərdarlıq

09.09.2026 19:57 129
“Google”-dan təcili xəbərdarlıq
“Google” şirkəti “Chrome” brauzeri üçün vacib təhlükəsizlik yenilənməsi yayımlayıb. Xakerlər tərəfindən aktiv şəkildə istifadə edildiyi müəyyən olunan kritik təhlükəsizlik boşluğu aradan qaldırılarkən, digər "Chromium" əsaslı brauzer istifadəçilərinə də xəbərdarlıq edilib.

“Google”təhlükəsizlik paketi çərçivəsində ümumilikdə 12 sistem boşluğunu bağlayıb. Bunlardan ən təhlükəlisi "CVE-2026-85046" kodlu yüksək riskli sistem zəifliyidir. Bu zəiflik xakerlər tərəfindən xüsusi hazırlanmış veb-səhifələr vasitəsilə istifadəçinin xəbəri olmadan zərərli kodların icra olunmasına şərait yaradır. Bu hal ilin aktiv şəkildə istismar edilən altıncı "Chrome sıfır gün" (Zero-Day) vakası kimi qeydə alınıb.

Sözügedən boşluq avqustun 4-də təhlükəsizlik tədqiqatçısı Salvatore Quliziya (Salvatore Gulizia) tərəfindən aşkar edilib. Şirkət zəifliyin hücumlarda istifadə olunduğunu təsdiqləsə də kibertəhlükəsizlik riskləri və digər xakerlərin bundan yararlanmaması üçün hücumların təfərrüatlarını açıqlamayıb.

Yenilənməni gecikdirmək təhlükəlidir

“Google” təhlükəsizliyi təmin etmək üçün istifadəçilərə brauzer versiyasını təcili yeniləməyi tövsiyə edir:

- Windows və macOS üçün: 152.0.7977.82/.83 versiyası

- Linux üçün: 152.0.7977.82 versiyası

Eyni zamanda "Microsoft Edge", "Brave", "Opera" və "Vivaldi" kimi "Chromium" bazasında işləyən digər brauzer istifadəçilərinin də müvafiq yenilənmələri yubatmadan quraşdırmaları tələb olunur. ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bu zəifliyi məlum təhlükələr siyahısına əlavə edib və federal qurumlara sentyabrın 18-dək sistemləri yeniləmək öhdəliyi qoyub.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner