Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

Dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb

07.09.2026 19:24 372
Dövlət büdcəsindən 224,2 milyon manat geri qaytarılıb
2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.

Geri qaytarılan vəsaitlərə fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldığı mallara, mədəniyyət və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsi daxildir.

Həmçinin əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV üzrə vəsaitlər geri qaytarılıb.

Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər geri qaytarılıb.

Son xəbərlər