Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb

02.09.2026 21:22 381
Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb
Tarixi Göyçə gölünün səviyyəsi son 64 ilin ən yüksək göstəricisinə çatıb.

Bu barədə Ermənistanın “Hidrometeorologiya və Monitorinq Mərkəzi”nin direktoru Levon Azizyan sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, 2026-cı il sentyabrın 1-nə Göyçə gölünün səviyyəsi 1900,70 metr təşkil edib.


Bildirilib ki, bu göstərici sentyabrın 1-i üzrə son 64 il ərzində qeydə alınan ən yüksək səviyyədir.
Azizyan qeyd edib ki, 2026-cı il Göyçə gölünün hidroloji rejimi baxımından çoxillik müşahidələr sırasında özünəməxsus göstəricilərlə seçilir.


Qeyd edək ki, Göyçə gölü tarixi Azərbaycan torpaqlarında yerləşən böyük göllərdən biridir. Göl və onun ətraf əraziləri aAzərbaycan tarixində, ədəbiyyatında və mədəni irsində mühüm yer tutur.
//sfera.az

Son xəbərlər