Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Google Maps" qalmaqallı Ontario gölünün adını dəyişdi

31.08.2026 15:22 426
ABŞ-nin Coğrafi Adlar İnformasiya Sistemi (GNIS) Birləşmiş Ştatlar ərazisində Ontario gölünün adını rəsmi olaraq "Amerika gölü" kimi dəyişdirib.

Bu barədə "Google" şirkəti rəsmi bloqunda məlumat yayıb.

"Google"dan bildirilib ki, şirkət rəsmi hökumət mənbələrindəki, o cümlədən ABŞ üçün GNIS-dəki ad dəyişikliklərini nəzərə alaraq "Google Maps" xəritələrini yeniləyib.

Beləliklə, ABŞ-dəki xəritə istifadəçiləri gölün adını "Amerika gölü", Kanadadakı istifadəçilər isə əvvəlki kimi "Ontario gölü" olaraq görəcəklər. ABŞ və Kanadadan kənarda olan istifadəçilərə isə hər iki ad göstəriləcək.

Şirkətdən qeyd edilib ki, dəyişiklik müxtəlif ölkələrdə fərqli adlandırılan coğrafi obyektlərlə bağlı mövcud siyasətə uyğundur və artıq tətbiq olunmağa başlayıb.

Xatırladaq ki, avqustun 27-də ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin iştirakı ilə Ontario gölünün adının "Amerika gölü" olaraq dəyişdirilməsi barədə fərman imzalayıb.

Ontario gölü Şimali Amerikada Kanada və ABŞ sərhədində yerləşən beş böyük göldən biridir. Gölün sahəsi təxminən 19 min kvadratkilometr, orta dərinliyi isə 86 metrdir.

Son xəbərlər