Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Meksika hökuməti "Google"u məhkəməyə verə bilər

14.02.2025 11:48 1 104
Meksika hökuməti
Meksika hökuməti "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adının Amerika Körfəzi olaraq dəyişdirilməsinə görə şirkəti məhkəməyə vermək barədə düşünür.

Bu barədə ölkənin Prezidenti Klaudiya Şeynbaum bildirib.

"Əgər onlar təkid etməyə davam etsələr, biz məhkəməyə müraciət etməyi düşünürük. Çünki onlar Meksikadakı ərazini Amerika körfəzi adlandırırlar", - Şeynbaum gündəlik mətbuat konfransında qeyd edib.

Son xəbərlər