Mojo.az Banner
13:48 Bakı və Abşeronda 20-dən çox marşrutun hərəkət istiqaməti dəyişdirilib - SƏBƏB  |     13:44 Bəzi yerlərə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA  |     13:39 Mingəçevir su anbarında batan balıqçının meyiti tapıldı  |     13:23 Azərbaycan gömrükçüləri külli miqdarda dərman preparatları aşkar ediblər  |     13:21 Cəlilabadda QƏZA: Avtomobil kanala düşdü  |     13:19 Beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Gürcüstanda saxlanıldı - VİDEO  |     13:16 Bakıda fərdi yaşayış evi yandı  |     23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |    
Left Banner
Right Banner

"Google Maps"dəki nasazlıq üç ölkədə insanları çaşqınlığa saldı

30.05.2025 12:33 1 113
"Google Maps" xidmətindəki nasazlıq səbəbindən tətbiq Almaniyanın qərbində, həmçinin Belçika və Niderlandın bəzi bölgələrində avtomobil yollarının kütləvi bağlandığını göstərib.

Bu barədə "Bild" qəzeti məlumat verib.

Qeyd olunur ki, əslində nəqliyyatın hərəkəti pozulmayıb. "Apple Maps" və ya "Waze" kimi digər naviqasiya proqramlarında yolların kütləvi bağlanması müşahidə olunmayıb.

Nasazlığın texniki xəta, yoxsa hakerlər tərəfindən məlumat bazasına qəsdən müdaxilə nəticəsində baş verdiyi hələlik məlum deyil. "Google"un nümayəndəsi bildirib ki, şirkət hazırda insidentlə bağlı daxili araşdırma aparır.

O vurğulayıb ki, "Google Maps"ə məlumatlar müxtəlif mənbələrdən daxil olur, xəritələr müntəzəm olaraq yenilənir, lakin yeniləmənin sürəti fərqli ola bilər.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Bir neçə həftə əvvəl "Google Maps" Türingiya əyalətində bir neçə tunelin yanlış olaraq bağlı göstərildiyi zaman çaşqınlığa səbəb olmuşdu.скачать dle 11.3
Mojo.az Banner