Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ən güclü “Android” telefonları BUNLARDIR

02.09.2026 21:17 348
Ən güclü “Android” telefonları BUNLARDIR
“Android” smartfon bazarında ən yüksək performans göstərən modellər bəlli olub.

Smartfonları və digər cihazları müqayisə etmək üçün geniş istifadə olunan proqram təminatı “AnTuTu” tərəfindən açıqlanan nəticələrə əsasən, həm flaqman, həm də üst-orta seqmentdə ən güclü cihazlar müəyyənləşib.

“AnTuTu” smartfonların 1-31 avqust 2026-cı il tarixləri arasında keçirdiyi güc testlərinin orta nəticələrini nəzərə alaraq reytinqi iki kateqoriya üzrə hazırlayıb: flaqman və üst-orta seqment. Flaqman kateqoriyasında “Snapdragon 8 Elite Gen 5” prosessoru ilə təchiz olunan modellər üstünlük təşkil edib. Ayın ən güclü “Android” smartfonu 4.118.689 bal toplayan “Red Magic 11S Pro+” olub.

Bu model rəqibi “iQOO 15 Ultra”nı cəmi 111 ballıq fərqlə geridə qoyub. İkinci yerdə 4.118.578 bal nəticə ilə “iQOO 15 Ultra”, üçüncü pillədə isə 4.049.580 bal toplayan “Red Magic 11 Pro+” qərarlaşıb. Digər ən güclü modellər isə bunlardır: “iQOO 15” – 4.047.631 bal “vivo X300 Ultra” – 3.984.744 bal “realme GT8 Pro” – 3.966.847 bal “Honor WIN” – 3.936.207 bal “Redmi K100 Pro Max” – 3.887.994 bal “OPPO Find X9 Ultra” – 3.873.593 bal “Honor Magic8” – 3.820.663 bal Üst-orta seqmentdə isə əsasən “MediaTek Dimensity 8500” seriyası və “Dimensity 8400-Max” platformasından istifadə edən smartfonlar diqqət çəkib. Bu kateqoriyada 2.187.704 orta bal nəticə göstərən “Honor 600 Pro” birinci olub. İkinci pilləni 2.145.230 bal ilə “OPPO Reno16”, üçüncü yeri isə 2 132 203 bal nəticə ilə “OPPO K15 Pro” tutub.

Reytinqin ilk 10-luğu belə sıralanıb:

1. “Honor 600 Pro” – 2.187.704 bal 2. “OPPO Reno16” – 2.145.230 bal 3. “OPPO K15 Pro” – 2.132.203 bal 4. “Honor WIN Turbo” – 2.130.437 bal 5. “OPPO Reno15 Pro” – 2.116.989 bal 6. “iQOO Z11” – 2.115.985 bal 7. “OPPO Reno15” – 2.098.073 bal 8. “Xiaomi 17T” – 2.083.881 bal 9. “Redmi Turbo 5” – 2.042.029 bal 10. “OPPO K13 Turbo 5G” – 2.006.113 bal Beləliklə, avqust ayının nəticələrinə əsasən həm flaqman, həm də üst-orta seqmentdə Çin brendlərinin üstünlüyü davam edib. Xüsusilə “Red Magic” və “Honor” modellərinin yüksək performans göstəriciləri diqqət çəkib.
//sfera.az

Son xəbərlər