Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu

01.09.2026 18:18 180
Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu
Misli Premyer Liqasının III turu antirekordla əlamətdar olub. Baş tutan 6 qarşılaşmada cəmi 5 qol vurulub. Orta məhsuldarlıq 0,83-ə bərabər olub.

Median.Az
PFL-in saytına istinadən xəbər verir ki, “Qəbələ” - “Şamaxı” görüşü qolsuz başa çatıbsa, digər 5 qarşılaşmanın hərəsində 1 top vurulub. “Kəpəz” - “Turan Tovuz” və “Zirə” - “Neftçi” matçlarında meydan sahibi, “Şəfa” - “İmişli”, “Sumqayıt” - “Qarabağ” və “Araz-Naxçıvan” - “Sabah” oyunlarında isə qonaq komanda bir topla qalib gəlib.

Orta məhsuldarlığın 0,83 olması son 10 mövsüm üçün antirekorddur. Daha aşağı göstəriciyə sonuncu dəfə 2016/17 mövsümünün II turunda təsadüf olunub. 2016-cı il avqustun 11-14-də keçirilən 4 qarşılaşmada cəmi 3 qol vurulub. Həmin vaxt orta göstərici 0,75 olub. Maraqlı məqam odur ki, indiki kimi avqusta təsadüf edən qarşılaşmalardan üç 10 il sonra da üz-üzə gələn cütlər olub. “Sumqayıt” – “Qarabağ” (0:2) və “Neftçi” – “Zirə” (0:1) oyunlarında 10 il əvvəl də eyni komandalar qalib gəlmişdisə, “Qəbələ” – “İnter” (indiki “Şamaxı”) qolsuz başa çatıb. “Kəpəz”lə AZAL-ın duelində də qol qeydə alınmayıb.

III turun daha bir diqqətçəkən məqamı 6 oyundan 5-nin 1:0 hesabı ilə başa çatmasıdır. Premyer Liqanın PFL bayrağı altında keçirildiyi dövrdə bir turda 5 matç 1:0 nəticələnməyib. Bu müddətdə 10 dəfə turun dörd qarşılaşmasının taleyini bir top həll edib. Hətta bunun ikisi ötən mövsüm 6 matçdan ibarət turlarda qeydə alınıb. 2023/24 mövsümünün sonuncu – XXXVI turunda isə indiki kimi bir görüş fərqli nəticələnib. Baş tutan 5 oyundan 4-ü 1:0, biri digər hesabla yekunlaşıb. 2024-cü il mayın 25-26-da keçirilən turda “Sumqayıt” “Qəbələ”yə, “Zirə” “Səbail”ə, “Turan Tovuz” “Kəpəz”ə evdə, “Sabah” “Neftçi”yə səfərdə 1 qolla qalib gəlib. Yalnız “Araz-Naxçıvan” – “Qarabağ” duelində (2:2) hesab fərqli olub.скачать dle 11.3
Mojo.az Banner