Mojo.az Banner
23:14 “Çudo Peçka”nın sahibi 9 il sonra azadlığa çıxdı  |     23:01 "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli oldu  |     22:56 Roza prezidentlərin qarşısında çıxış etdi (VİDEO)  |     22:49 Dubay və Misirə səyahət etmək istədilər, dələduzluğun qurbanı oldular  |     22:43 Bu bölgədə alkoqollu içkiyə xərclənən vəsait kəskin artıb - Rayonlar üzrə siyahı  |     22:35 Azərbaycan və Çin Xəzərdə enerji layihələrini müzakirə etdi  |     22:30 267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı  |     22:24 Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıdı  |     22:16 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır"  |     22:04 Leyla Abdullayeva Paris merinə ETİRAZ MƏKTUBU ünvanladı  |     21:59 Bakıda 46 küçədə təmir işləri yekunlaşdı  |     21:33 Cem Yılmaz xəstəxandan evə buraxıldı  |     21:26 Sirkədən zəhərlənən şəxs xəstəxanada öldü  |     21:21 Kosmosa uçan ilk jurnalist vəfat etdi  |     21:14 3 uşaqlı ailələrə müavinət veriləcək? - Deputatdan AÇIQLAMA  |     21:08 Honda və Nissan əməkdaşlıq edəcək  |     21:00 Sabah universitetlərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır  |     20:55 Bu bürclər seçim qarşısında qalacaq  |     20:49 Avropada ən çox satılan avtomobillər: Bu modelin satışları sürətlə artır  |     20:42 Balıq mövsümü başladı: Qiymətlər necədir?  |    
Left Banner
Right Banner

Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?

01.09.2026 17:21 528
Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?
Son günlərdə çox sayda kənd təsərrüfatı ilə məşğul olan şəxslər məhsulları hədər yerə məhv edir. Bəziləri ucuz qiymətə satılması ilə bağlı şikayətlər səsləndirir. Ölkəmizdə xarici bazarların sayı artığı halda, yerli məhsullar uzunmüddətli perspektivdə böyük brendə çevrilməkdə çətinlik çəkir. istehsalçıların qarşılaşdığı əsas problemlər arasında xammal, maliyyələşmə, marketinq, satış şəbəkəsi və rəqabət imkanları göstərilir. Bu işlə məşğul olan kəndli öz məhsulunu qəhr etməməsi üçün hansı addımları atmalı, dövlət bu sahədə hansı işləri görməlidir?

Yerli brendlərin böyüməsi üçün dövlət dəstəyi, vergi güzəştləri, yoxsa bazara çıxış imkanları daha vacibdir?

Mövzu ilə Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, kəndlinin məhsulunu məhv etməsi əslində istehsal probleminin deyil, satış və bazar təşkilinin problemidir.

Onun sözlərinə görə, məhsul yetişdirilir, lakin fermer onu vaxtında və maya dəyərini ödəyən qiymətə sata bilmirsə, istehsalçı növbəti il həmin məhsulu əkməkdən imtina edə bilər. Bu isə uzunmüddətli perspektivdə həm yerli istehsalı, həm də ərzaq təhlükəsizliyini zəiflədir.
Sədr əlavə edib ki, fermerin ilk növbədə yalnız məhsul istehsalına deyil, satış bazarına da əvvəlcədən qərar verməsi vacibdir. Hansı məhsula tələbatın olduğunu, nə qədər məhsul istehsal ediləcəyini və hansı qiymətə satılmasının mümkün olduğunu bilmədən böyük həcmdə əkin aparmaq risklidir. Fermerlər kooperativlərdə birləşərək məhsullarını həm böyük həcmdə, həm də daha əlverişli şərtlərlə bazara çıxara bilərlər.
"Bu, onların supermarketlər, emal müəssisələri və ixracatçılar qarşısında danışıqlar gücünü də artırar.
Əsas problemlərdən biri məhsulun saxlanmasıdır. Fermer məhsulu yığdıqdan sonra onu bir neçə həftə və ya ay saxlaya bilmirsə, bazarda qiymət aşağı düşəndə məcburən ucuz satmalı olur. Buna görə regionlarda soyuducu anbarların, çeşidləmə, qablaşdırma və emal müəssisələrinin yaradılması çox vacibdir. Pomidor, meyvə-tərəvəz və digər tez xarab olan məhsulların bir hissəsi təzə şəkildə satılmaq əvəzinə şirə, konserv, qurudulmuş məhsul və digər formada emal edilə bilər", — deyə o, qeyd edib.

İqtisadçı açıqlamısnda deyib ki, dövlətin əsas vəzifəsi isə fermerin məhsulunu hər dəfə yüksək qiymətə almaq deyil, onun bazara çıxış imkanlarını genişləndirmək olmalıdır. Dövlət satınalmaları, yerli supermarketlərlə fermerlər arasında birbaşa müqavilələrin təşviqi, ixrac prosedurlarının sadələşdirilməsi, logistika xərclərinin azaldılması və məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması daha davamlı nəticə verə bilər.

Yerli brend məsələsinə də toxunan mütəxəsis vurğulayıb:

"Yerli brend yaratmaq üçün isə təkcə vergi güzəşti kifayət deyil. Vergi güzəşti istehsalçının xərclərini azalda bilər, amma məhsulun alıcıya çatdırılmasını və tanınmasını təmin etmir. Brend üçün keyfiyyət standartı, sabit məhsul həcmi, düzgün qablaşdırma, marketinq, sertifikatlaşdırma və etibarlı satış şəbəkəsi lazımdır. Azərbaycan məhsulu xarici bazara hər dəfə eyni keyfiyyət və standartla çıxa bilmirsə, uzunmüddətli brendə çevrilməsi çətin olacaq.
Ona görə də dövlət dəstəyində prioritet yalnız subsidiya və vergi güzəştləri olmamalıdır. Ən vacib məsələ fermerin məhsulunu istehsal etdikdən sonra “kimə satacağam?” problemi ilə üzləşməməsidir. Bunun üçün istehsalçı ilə emalçı, supermarket və ixracatçı arasında uzunmüddətli müqavilə sisteminin formalaşdırılması daha səmərəli ola bilər".
Akif Nəsirli onu da bildirib ki, əgər fermer əvvəlcədən məhsulunun alıcısını, təxmini qiymətini və logistika imkanını bilirsə, məhsulu məhv etmək məcburiyyətində qalmaz. Əks halda dövlət nə qədər subsidiya versə də, bazar mexanizmi düzgün qurulmadığı üçün eyni problem hər il təkrarlana bilər. Əsl məqsəd fermerə sadəcə pul vermək yox, onun istehsal etdiyi məhsulu gəlir gətirən məhsula çevirmək olmalıdır.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner