Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |     15:16 İranda şəhər başçısı güllələndi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ

31.08.2026 16:06 309
Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Sentyabr ayına olan hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabr ayı yay və payız fəsilləri arasında keçid ayı kimi xarakterizə olunur. Bu səbəbdən də ay ərzində həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur.

Bu ilin sentyabr ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal edilir.

Birinci dekadanın ilk günlərində əsasən dağlıq və dağətəyi rayonlarda arabir qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 21-23° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və bir dərəcə yüksəkdir. Gecələr temperatur 19-24°, gündüzlər 26-31°, birinci dekadanın bəzi günlərində 33-35° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal edilir (norma 12-23 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturu 22-25° isti olacaq ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Gecələr havanın temperaturu 17-22° isti, gündüzlər 26-31°, birinci dekadanın bəzi günlərində 34-39° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 7-13 mm) mümkündür.

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturu 16-19° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17°, gündüzlər 19-24°, birinci ongünlüyün bəzi günlərində 26-30° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı mümkündür (norma 34-50 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 17-20°C isti olacağı ehtimal edilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 12-17°, gündüzlər 19-24°, birinci dekadanın bəzi günlərində 26-30° isti olacağı mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 21-24° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Gecələr havanın temperaturu 17-22°, gündüzlər 25-30°, birinci ongünlüyün bəzi günlərində 33-35°C isti olacağı mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 17-44 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 19-23° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-3° yüksəkdir. Gecələr havanın temperaturu 14-19°, gündüzlər 22-27°, birinci dekadanın bəzi günlərində 30-33° isti, dağlarda gecələr 9-14° isti, gündüzlər 16-19° isti, birinci ongünlüyün bəzi günlərində 22-25° isti olacağı mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 22-25° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Gecələr havanın temperaturu 18-23°, gündüzlər 24-29°, birinci dekadanın bəzi günlərində 31-35° isti olacağı mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-38 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 19-23° isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxın və 1-2° yüksəkdir. Gecələr havanın temperaturu 17-22°, gündüzlər 24-29°, birinci dekadanın bəzi günlərində 33°-dək isti, dağlarda gecələr 13-18° isti, gündüzlər 20-25° isti olacağı mümkündür. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).

Son xəbərlər