Mojo.az Banner
18:08 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?  |     18:01 16 yaşlı Günay dünya universitetlərinə qəbul şansı və yüksək təqaüd qazandı  |     17:46 Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən var  |     17:36 Ətin qiyməti niyə od tutub yanır?  |     17:30 "Qiyamət günü" radiosu yenə efirə çıxdı - Müəmmalı mesaj  |     17:21 Ən ağıllı bürclər: Siyahıda kimlər var?  |     17:08 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq  |     16:57 Şahin Şıxlinski və oğlunun hansı həbsxanada cəza çəkəcəkləri bəlli olub  |     16:39 "Qarabağ" və "Zirə"nin bugünkü oyunlarını hansı kanallar yayımlayacaq?  |     16:05 Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI  |     15:50 Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - Video  |     15:37 "Barselona" Kərim Adeyemini TRANSFER ETDİ  |     15:33 İmişlidə yanğın törədən şəxs cəzalandırıldı  |     15:29 Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK  |     15:27 Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər edildi  |     14:40 Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI  |     14:39 Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir  |     14:37 Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ  |     14:22 Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı  |     14:17 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - Video  |    
Left Banner
Right Banner

Bəzi ərazilərdə yağıntının miqdarı normadan bir qədər çox olacaq: Sentyabrın hava PROQNOZU

30.08.2024 19:01 981
Bəzi ərazilərdə yağıntının miqdarı normadan bir qədər çox olacaq: Sentyabrın hava PROQNOZU
Sentyabr ayı ərzində ölkədə həm isti, həm də soyuq dövr üçün xarakterik olan sinoptik proseslər müşahidə olunur.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin sentyabr ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Ayın əvvəlində ölkə ərazisində hava şəraitinin mülayim, əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 18-23, gündüzlər 24-29, bəzi günlərdə 32-34 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 12-23 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 16-21, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 7-13 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 12-17, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 34-50 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 15-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 11-16, gündüzlər 18-23, bəzi günlərdə 25-28 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının da iqlim normasına yaxın olacağı gözlənilir (norma 29-37 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 19-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 16-21, gündüzlər 25-30, bəzi günlərdə 35 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 17-44 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 17-20 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 15-20, gündüzlər 22-27, bəzi günlərdə 33 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 33-120 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 21-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun gecə 18-23, gündüzlər 25-30, bəzi günlərdə 33-38 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 14-38 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 17-22, gündüzlər 23-28, bəzi günlərdə 34 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 50-199 mm).скачать dle 11.3
Mojo.az Banner