Eyvanını böyütmək istəyənlərə xəbərdarlıq: İcazəsiz dəyişiklik qadağandır
Son dövrlərdə çoxmənzilli binalarda eyvanların şüşələnməsi, bağlanması və mövcud sahəsinin artırılması hallarına daha çox rast gəlinir. Mənzil sahibləri bunu əsasən əlavə istifadə sahəsi yaratmaq və ya eyvanı hava şəraitindən qorumaq məqsədilə edirlər. Lakin belə dəyişikliklərin hər bir halda sərbəst şəkildə həyata keçirilməsi mümkün deyil. Eyvanın konstruksiyasına və ölçülərinə müdaxilə həm şəhərsalma tələbləri, həm də binanın təhlükəsizliyi baxımından müəyyən qaydalara tabedir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Median.Az açıqlamasında bildirib ki, eyvanın bağlanması yalnız qanunvericilikdə nəzərdə tutulan konkret hallarda həyata keçirilə bilər:
“Bu, əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı, mövcud qaydalara uyğun şəkildə həyata keçirilə bilər. Belə hallarda müvafiq icra hakimiyyəti orqanının rayon icra hakimiyyətinin, həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığı və rəyinin alınması mütləqdir. Digər hallarda isə eyvanların genişləndirilməsi, layihədə nəzərdə tutulmuş ölçülərdən kənara çıxarılması və ya tam bağlanması qanunla qadağandır. Eyvanların açıq saxlanılması sadəcə estetik məsələ deyil. Bu, tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq nəzərdə tutulmuş vacib elementdir. Belə sahələr fövqəladə hallarda müdaxilə imkanlarının təmin edilməsi və sakinlərin təhlükəsizliyi baxımından mühüm rol oynayır”.
Ekspertin sözlərinə görə, eyvanla bağlı dəyişiklik etmək istəyən şəxslər əvvəlcədən müvafiq qurumlardan razılıq almalıdır:
“Eyvanların bağlanmasına yalnız qanunvericiliyin icazə verdiyi konkret hallarda yol verilir. Məsələn, binanın birinci və ya ikinci mərtəbəsində yerləşən obyekt yaşayışdan qeyri-yaşayış sahəsinə çevrildikdə və eyvanın bağlanması digər sakinlərin hüquqlarına, ümumi istifadəyə və keçid imkanlarına mane olmadıqda bu mümkündür. Lakin bu da yalnız müvafiq icra hakimiyyəti orqanlarının rəsmi razılığı əsasında həyata keçirilə bilər”.
Aysel