Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Binaların damı satıla bilərmi? – Sakinlər bu xəbəri mütləq oxusun

20.07.2026 20:48 354
Binaların damı satıla bilərmi? – Sakinlər bu xəbəri mütləq oxusun
Son illər Azərbaycanda bəzi çoxmənzilli yaşayış binalarının damlarının müxtəlif məqsədlərlə istifadəsi halları geniş yayılıb.

Hətta bəzi hallarda bina sakinləri dam sahəsinin onların razılığı olmadan üçüncü şəxslərə verildiyini və ya satıldığını iddia edirlər.

Bu isə belə bir sualı gündəmə gətirir: görəsən, çoxmənzilli yaşayış binasının damı kimə məxsusdur?

Median.Az xəbər verir ki, mövzu ilə bağlı azxeber.com-a Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Qurumun rəsmisi Elmar Yaqubov bildirib ki, çoxmənzilli yaşayış binalarının damı ayrıca mülkiyyət obyekti hesab edilmir və onun satılması və ya üçüncü şəxslərin istifadəsinə verilməsi qanunvericiliklə tənzimlənir:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, çoxmənzilli yaşayış binalarının damı binanın ümumi əmlakına daxildir və bütün mənzil mülkiyyətçilərinin ümumi paylı mülkiyyətidir. Bu səbəbdən damın ayrıca satılması və ya hər hansı üçüncü şəxsə istifadəyə verilməsi qanunvericiliyə uyğun deyil. Damdan istifadə və ya onun üzərində hər hansı işlərin görülməsi yalnız qanunvericiliyin tələblərinə və mənzil mülkiyyətçilərinin hüquqlarına riayət olunmaqla həyata keçirilə bilər".

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, dam da daxil olmaqla binanın ümumi istifadəsində olan bütün sahələr mənzil mülkiyyətçilərinə məxsusdur:

"Çoxmənzilli yaşayış binasının bütün ümumi sahələri, o cümlədən dam, zirzəmi, pilləkənlər, bloklar, liftlər və digər ümumi istifadə yerləri həmin binadakı mənzil mülkiyyətçilərinin ümumi mülkiyyətidir. Bu sahələrdən istifadə qaydasını mənzil mülkiyyətçilərinin ümumi yığıncağı müəyyən etməlidir".

Əkrəm Həsənovun sözlərinə görə, damdan istifadə qaydası sakinlərin ümumi razılığı əsasında müəyyənləşdirilməlidir:

"Əgər damın və ya digər ümumi sahələrin icarəyə verilməsi nəzərdə tutulursa, bu barədə qərar da məhz sakinlərin ümumi yığıncağında qəbul edilməlidir. Həmin istifadədən əldə olunan gəlir isə binanın ümumi gəliri hesab olunmalı və ümumi ehtiyaclara yönəldilməlidir. Əgər hər hansı şəxs bu sahələrdən sakinlərin razılığı olmadan qanunsuz şəkildə istifadə edir, onları icarəyə verir və ya əldə olunan gəliri mənimsəyirsə, mənzil mülkiyyətçiləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər".


Son xəbərlər