Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb

27.08.2026 22:57 408
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb
Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, yeni təmayül tədris modeli 2024-2025-ci tədris ilindən etibarən pilot qaydada tətbiq olunur. Məzunların ali təhsil müəssisələrinə qəbul nəticələrinin təmayül tədrisinin səmərəliliyini əks etdirdiyi qeyd olunub.

Məlumata görə, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəbdə daha səmərəli təşkilinə xidmət edir.

Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bununla yanaşı, şagirdlərin əlavə əqli yüklənməsinin qarşısının alınması hədəflənir.

Yeni model üzrə tədrisdə 10 və 11-ci sinif şagirdləri iştirak edə bilərlər.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri bunlardır:

- akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;

- abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;

- səriştəli müəllim kollektivi;

- aylıq sınaq imtahanlarının keçirilməsi;

- akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

Ətraflı məlumat üçün aidiyyəti regional təhsil idarəsinə müraciət etmək olar.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi //MÜTDA

Son xəbərlər