Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...

27.08.2026 21:40 345
“WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...
“WhatsApp” istifadəçi hesablarının təhlükəsizliyini artırmaq məqsədilə bir sıra yeni funksiyaları istifadəyə verib. Yeniliklər hesabların qorunması, iki mərhələli doğrulama və naməlum nömrələrdən gələn zənglərlə bağlı əlavə təhlükəsizlik imkanlarını əhatə edir.

Median.Az zəbər verir ki, platformada əvvəllər istifadə olunan 6 rəqəmli PIN kodu daha güclü şifrələrlə əvəzlənir. Yeni sistemdə istifadəçilər hərf, rəqəm və xüsusi simvollardan ibarət daha uzun şifrələrdən yararlana biləcəklər. Bunun hesabların icazəsiz girişlərdən qorunmasını gücləndirəcəyi bildirilir.

“WhatsApp” istifadəçilərə kontakt siyahısında olmayan şəxslərdən gələn zənglərlə bağlı əlavə məlumat göstərəcək. Belə hallarda zəng edən şəxsin başqa ölkədə olub-olmaması və istifadəçi ilə ortaq qruplarının mövcudluğu barədə məlumat təqdim ediləcək.

Bu funksiyanın əsas məqsədi dələduzluq və şübhəli zənglərin qarşısının alınmasına kömək etməkdir. Yenilik hazırda yalnız “Android” cihazlarında əlçatandır.

“WhatsApp”a hesab və tətbiqə giriş üçün bir neçə parol əlavə etmək imkanı da gətirilib. Barmaq izi, üz tanıma və ekran kilidi kimi təhlükəsizlik üsullarından istifadə edən funksiyanın artıq bir milyarddan çox istifadəçisi olduğu qeyd edilir.

İstifadəçilər bu funksiyanı “Ayarlar” bölməsinin “Hesab” hissəsindən aktivləşdirə və müxtəlif cihazlarda hesablarına daha təhlükəsiz şəkildə giriş edə bilərlər.

Son xəbərlər