Mojo.az — elanlar
Son Xəbərlər
22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |     17:39 MŞ jurnalistlərin adından saxta WhatsApp hesablarının yaradılması ilə bağlı xəbərdarlıq edib.  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)

27.08.2026 11:50 561
Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)
Ermənistanın keçmiş prezidenti (1998-2008) Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvətalma və çirkli pulların yuyulması ittihamları ilə həbs edilib.

Median.Az
-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Antikorrupsiya Komitəsinin mətbuat katibi Marina Ohancayan bildirib.

"İctimai maraq nəzərə alınaraq, bu yolla məlumat veririk ki, Antikorrupsiya Məhkəməsi (hakim S.Dadoyanın sədrliyi ilə) müstəntiqin vəsatətini tam təmin edib, R.Koçaryana qarşı preventiv tədbir olaraq həbs-təcrid tətbiq olunacaq", - deyə o özünün "Facebook" səhifəsində yazıb.

Öz növbəsində, "Sputnik Ermənistan" Antikorrupsiya Komitəsinə istinadən Robert Koçaryanın iki ay müddətinə həbs edildiyini xəbər verib.

Bundan əvvəl respublikanın Antikorrupsiya Komitəsi siyasətçinin və onun oğlunun İrəvanda saxlanıldığını bildirmişdi. Prokurorluğun məlumatına əsasən, keçmiş dövlət başçısına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açılıb. İşin digər şübhəliləri arasında keçmiş prezident Serj Sarqsyan, Yerevanın sabiq meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Markaryan, eləcə də daha altı nəfər yer alır. Respublikanın Baş Prokurorluğu istintaqın Koçaryanın 2004-2009-cu illər arasındakı prezidentlik dövrünü əhatə etdiyini açıqlayıb.

* * * * *

Ermənistanda məhkəmə keçmiş prezident Robert Koçaryanın həbs edilməsi barədə qərar çıxarıb.


Bu barədə respublikanın Antikorrupsiya Komitəsinin mətbuat xidməti xəbər verib.

Bundan əvvəl respublikanın Antikorrupsiya Komitəsi siyasətçinin və onun oğlunun İrəvanda saxlanıldığını bildirmişdi. Prokurorluğun məlumatına əsasən, keçmiş dövlət başçısına qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalma və çirkli pulların yuyulması maddələri üzrə cinayət işi açılıb. İşin digər şübhəliləri arasında keçmiş prezident Serj Sarqsyan, Yerevanın sabiq meri Qaqik Beqlaryan, 2007-ci ildə vəfat etmiş keçmiş baş nazir Andranik Markaryan, eləcə də daha altı nəfər yer alır. Respublikanın Baş Prokurorluğu istintaqın Koçaryanın 2004-2009-cu illər arasındakı prezidentlik dövrünü əhatə etdiyini açıqlayıb.

* * * * *

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhkəmə iclasının başlanmasından təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə yerli KİV xəbər verib.

"İclas davam edir. Həkimlər onun (Robert Koçaryanın - red.) məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işini davam etdirəcəklər, düşünürəm ki, məhkəmə səhərə qədər qərar çıxaracaq", - deyə Robert Koçaryanın oğlu Levon məhkəmə binasının qarşısında bildirib.

Avqustun 25-də Koçaryanın ofisinin rəhbəri keçmiş prezidentin Antikorrupsiya Komitəsinin binasından xəstəxanaya aparıldığını açıqlamışdı. Levon Koçaryan sonradan atasının iki həftə əvvəl ürəyinə stent qoyulması proseduru keçirdiyini bildirmişdi.
//oxu.az

Son xəbərlər