Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

“Telegram”dan möhtəşəm yeniliklər

26.08.2026 21:54 336
“Telegram”dan möhtəşəm yeniliklər
“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

Bu barədə şirkətin bloqunda məlumat verilib.

Messencer istifadəçiləri üçün qrup və kanallarda qarşılama mesajlarını tənzimləmək imkanı yaradılıb. Bu mesajların köməyilə yeni üzvlər çat haqqında məlumat əldə edəcəklər. Belə bildirişləri yalnız kanala və ya qrupa yeni qoşulanlar görəcəklər — bu da əvvəlki istifadəçilər üçün çatı artıq dərəcədə yükləməməyə imkan verəcək.

Həmçinin “Telegram”da mesaj mətninə interaktiv düymələr əlavə edilib - onların sayəsində istifadəçilər sorğularda iştirak edə, oyun oynaya və məhsul sifariş edə biləcəklər. Qeyd olunur ki, düymələri qruplar və kanallar da daxil olmaqla istənilən çatlarda yerləşdirmək mümkündür.

Bundan əlavə, mətn redaktorunun funksiyaları genişləndirilib — indi mətnin ortasına yalnız foto və video deyil, həm də sənədlər, musiqi və digər faylları daxil etmək olar. Daha bir yenilik hədiyyələrlə bağlıdır: indi onları göndərərkən şərh əlavə etmək mümkündür./publika

Son xəbərlər