Mojo.az Banner
15:38 Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb - FOTO  |     15:36 "Üzündə cızıq, dişlərinin düşdüyünü gördüm" - Müştərini döyən MTK sahiblərinin İŞİ  |     15:31 Bakıda EŞQ DRAMI: ayrılmaq istəyən sevgilisini öldürdü - YENİLƏNİB  |     15:25 Paşinyan: "Koçaryan və Sarqsyan yalnız pensiyanı gözləməlidirlər"  |     15:13 Azərbaycanda 57 ticarət obyektində aksizli mallarla bağlı pozuntular aşkarlanıb  |     14:52 Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər  |     13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |    
Left Banner
Right Banner

Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ

26.08.2026 21:02 138
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ
Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan kişi həbs edilib.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, rayonun kəndlərindən birinin sakini, Ədalət Mirişov (şərti adla) arvadının kənd müəllimi olan Hüseynqulu Cəfərovla (şərti adla) ona xəyanət etdiyini öyrənib. O bununla bağlı polisə müraciət edib. Kişi həmçinin iddiasında astma xəstəsi olduğu üçün təqaüd aldığını və arvadının həmin pulu da müəllimə xərclədiyini bildirib. Onun sözlərinə görə, arvadı təqaüd pullarını götürərək, Hüseynqulunun maşınının kreditinə və digər xərclərinə verib.

Şikayət əsasında polis əməkdaşları sonradan cinayət hadisəsi olmasın deyə, Hüseynqulunu izahat verməyə çağırıblar. Hüseynqulu isə şöbəyə gəlməkdən imtina edib və olduğu avtovağzalda ifadə vermək istədiyini bildirib. Lakin burada da Hüseynqulu ifadə vermək istəmədiyini deyib. Bu zaman o, şöbəyə aparılıb. Şöbədə saxlanılma və şikayət səbəbi ona izah olunanda isə Ədalət Mirişovu və onun arvadını nalayiq ifadələrlə söyüb.

Buna görə də, Hüseynqulu barəsində müvafiq maddə ilə inzibati protokol tərtib olunub.

Kənd məktəbində müəllim işləyən Hüseynqulu ifadəsində bildirib ki, Ədalətin xanımı Mahizər (şərti adla) onun maşın və telefonunun kreditlərini ödəməyib:

"Həmin xanımı tanıyıram. 2023-cü ildə həyat yoldaşımla birgə Mahizər xanım mənə sistem köçürməsi üçün onların evinə getdik. Biz gedən zaman onun əri evdə olan vaxt da olub, olmadığı vaxt da. Sistem vurdurmağa yoldaşım olmadan getməmişəm. Bir müddət sonra Mahizər xanımla münasibətlərimizin olması ilə bağlı söz-söhbətlər yarandı. Bir dəfə Gəncəyə gedəndə, Mahizər xanımı yolda görüb avtomobilə götürdüm, onu Bərdəyə qədər apardım və qayıdanda gətirdim. Bundan sonra onunla mesajlaşmağa və zəngləşməyə başladıq. Lakin sonradan ona bildirdim ki, bunları bitirək. Nəsə problem olanda, dar vəziyyətdə olanda mesajlaşmışıq.

Mahizər xanım ərindən şikayətçi idi, əri onu döyüb incidirmiş. Mahizər xanımı tanıyana kimi maşınımı almışdım, yəni Mahizər mənim kreditimi ödəməyib. Haqqımızda söz-söhbət yarandığı üçün Mahizər xanıma mesajlaşmaları bitirməyi dedim. Hətta onu bloka da atdım, onun yazdığı mesajlara cavab vermədim. Mahizər xanım başqa nömrələrdən zəng edirdi. O, bir dəfə zəng edəndə telefonu həyat yoldaşım açdı, həmin vaxt Mahizər mənə başqa nömrədən zəng edib. Həyat yoldaşım mesajları mənim telefonumdan götürüb Ədalətə atıb".

Hüseynqulu son olaraq əməlindən peşman olduğunu və Mahizər xanımla münasibəti olduğu üçün xəcalət çəkdiyini bildirib.

Məhkəmənin qərarı ilə Hüseynqulu Cəfərov 4 gün müddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3
Mojo.az Banner