Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı |
Mojo.az Avto
Mojo.az Avto

Manatın dövretmə sürəti azalıb

26.08.2026 19:25 351
Manatın dövretmə sürəti azalıb
Bu ilin avqsutun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,00 bənd təşkil edib.

Median.Az
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, cari ilin iyulun 1-i ilə müqayisədə 0,02 bənd və ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,39 bənd və ya 11,5% azalıb.

Belə ki, bu ilin iyulun 1-nə manatın dövretmə sürəti 3,02 bənd, ötən ilin avqustun 1-nə isə 3,39 bənd təşkil etmişdi.

Qeyd edək ki, AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq, 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

AMB sədri Taleh Kazımov iyulun 31-də keçirilən mətbuat konfransında bildirib ki, nağd valyuta bazarında ABŞ dollarını daha çox fiziki şəxslər satırlar.

Onun sözlərinə görə, bəzi ekspertlər bunu əhalinin real gəlirlərinin azalması ilə əlaqələndirsələr də, Mərkəzi Bank fərqli tendensiya müşahidə edir.

"Həm nağd bazarda əhali valyuta satır, həm də əvvəlki illərlə müqayisədə manat əmanətlərində kəskin artım qeydə alınır. Təkcə manat əmanətləri deyil, unikal əmanətçilərin sayı da artır. Əgər 2024-cü ilin əvvəlində unikal əmanətçilərin sayı 113,9 min nəfər idisə, bu ilin iyun ayının sonuna həmin göstərici 220 minə çatıb. Beləliklə, təxminən iki il yarımda bu rəqəm demək olar ki, iki dəfə artıb", - deyə o qeyd edib.

T.Kazımov əlavə edib ki, idxalın həcminin azalması da valyuta bazarında tələbin zəifləməsinə təsir göstərir.

AMB sədri bildirib ki, manatın ticarət tərəfdaşlarının valyutalarına qarşı möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanın azalmasına şərait yaradır.

"İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir. İnflyasiyanı azaldan əsas amil isə nominal effektiv məzənnədir", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, dünya bazarlarında enerji daşıyıcılarının bahalaşması dollar indeksini gücləndirir və bu proses manatın digər valyutalara nisbətən möhkəmlənməsinə səbəb olur.

"Dollar indeksinin möhkəmlənməsi o deməkdir ki, manat digər valyutalara nisbətən də möhkəmlənir. Nəticədə idxal etdiyimiz ticarət tərəfdaşlarının valyutalarına qarşı manatın məzənnəsi güclənir və bu da ölkəyə daha az inflyasiya idxal etməyimizə səbəb olur. Nəzərə almalıyıq ki, qeyri-neft-qaz idxalımızın 80%-i enerji daşıyıcıları ixrac edən ticarət tərəfdaşlarının payına düşür", - deyə T.Kazımov əlavə edib.

Son xəbərlər