Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir

26.08.2026 13:31 462
Venesuelanın əsas hava limanı zəlzələdən sonra fəaliyyətini bərpa edir
Venesuelanın paytaxtı yaxınlığındakı Mayketiya şəhərində yerləşən Simon Bolivar adına Beynəlxalq Hava Limanı sentyabrın 1-dən etibarən sərnişin reyslərinin qəbulunu bərpa edəcək.

Bu barədə hava limanının "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.

"2026-cı il sentyabrın 1-də, çərşənbə axşamından etibarən həm daxili, həm də beynəlxalq reyslərə xidmət göstərmək üçün nəzərdə tutulmuş müvəqqəti terminallar rəsmi olaraq fəaliyyətə başlayacaq", - deyə açıqlamada bildirilir.

Məlumatda vurğulanır ki, aeroport ərazisindəki bərpa işləri "ən yüksək keyfiyyət standartlarına uyğun və ən müasir texnologiyalar tətbiq edilməklə" həyata keçirilib.

Xatırladaq ki, iyunun 24-də Venesuelada 7.2 və 7.5 maqnitudalı iki güclü zəlzələ baş verdikdən sonra Simon Bolivar adına Beynəlxalq Hava Limanı bağlanmışdı.

Son xəbərlər