Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO

25.08.2026 17:59 336
Xəbər vermədən övladını sinifdə saxladılar - VİDEO
Övladını sinifdə saxladılar, valideynə isə bunu yeni tədris ilinə az vaxt qalmış dedilər... İndi şagirdi nə sinifdən sinifə keçirirlər, nə də onun sənədlərini geri qaytarırılar...

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, paytaxtın Xəzər rayonu Binə qəsəbəsi 334 saylı tam orta məktəbin 7A sinif şagirdinin valideyni Səyyar İmanov iddia edir ki, tədris ilinin sonunda ailəyə övladları ilə bağlı hər hansı bir problemin olması barədə məlumat verilməyib. Bu gün isə uşağın sinifdə saxlanıldığını bildiriblər. Valideyn məktəbə dəvət olunsa da, övladının sənədini ona verməkdən imtina ediblər. Valideyn iddia edir ki, məktəb rəhbərliliyi ona şagirdin sinifdə saxlanılmasını portala yerləşdirməyi unutduqlarını deyib.

Səyyar İmanov deyir ki, məktəb rəhbərliyi uşağın sinifdə saxlanmasının səbəbi kimi onun dərsə davamiyyətini göstərib.

O, deyir ki, övladı 7 ildir 334 saylı məktəbdə təhsil alır. Bu günə kimi pedoqoji kollektivlə ailə arasında heç bir problem də olmayıb. Ötən tədris ilində övladı bir neçə gün səhhətindəki problemə görə dərsə getməyib. Məktəb rəhbərliyi isə bu gün onlara uşağın sinifdə saxlanılması xəbərini verib.

Son xəbərlər