Mojo.az — elanlar
Son Xəbərlər
20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən

24.08.2026 19:37 282
Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən
Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyən şəxslərin məlumatları mərkəzə təqdim olunub.

Həmin şəxslər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək istəyən şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra müvafiq elektron xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra hesablarına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak etməyən namizədlərə ödənilən məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

On və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.

Son xəbərlər