Mojo.az Banner
22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |     19:44 Polis avtomat, qumbara və tüfənglər aşkarladı  |    
Left Banner
Right Banner

Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT

22.08.2026 13:24 261
Dünyada güclü zəlzələlər artıb: Azərbaycanı nə gözləyir? - ÖLKƏDƏKİ SON VƏZİYYƏT
Son vaxtlar dünyanın müxtəlif nöqtələrində - Peru, İspaniya, İndoneziya, Çin, Yaponiya, Kolumbiya və s. kimi fərqli coğrafiyalarda güclü zəlzələlərin baş verməsi diqqət çəkib. Güclü yeraltı təkanların yaratdığı dağıntılar və insan tələfatı isə bu cür zəlzələlərin mümkün risklərini yenidən gündəmə gətirib.

Bəs dünyada güclü zəlzələlərin artmasının səbəbi nədir? Bu Azərbaycan üçün hər hansı təhlükə yarada bilərmi? Ölkəmizdə seysmik aktivlik hazırda hansı səviyyədədir və yaxın gələcəkdə güclü zəlzələ ehtimalı nə qədərdir?

Məsələ ilə bağlı oxu.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli dünyada baş verən güclü zəlzələlərin Azərbaycana birbaşa təhlükə yaratmadığını bildirib:

"Plitələrin daxilində hərəkət var. Bu plitələrin daxilində hər zaman gərginlik toplanır. Bir müddətdir subduksiya zonalarında - istər Amerika və Yaponiyada, istərsə də Çində ard-arda zəlzələlər baş verir. 7-dən yuxarı maqnitudalı zəlzələlər güclü hesab olunur. Düzdür, dərinlikdən asılı olaraq bəzilərində fəsadlar az olur, amma son vaxtlar Filippində və digər ölkələrdə ciddi insan tələfatı qeydə alınıb.

Bunun Azərbaycan üçün birbaşa təhlükəsi yoxdur. Çünki yerləşdiyimiz Alp-Himalay qurşağının orta hissəsində elə bir böyük aktivlik müşahidə edilmir. Azərbaycanda baş verən xırda təkanlar, yaxud arada hiss olunan zəlzələlər qorxulu deyil, bu, gündəlik təbii prosesdir. Kompleks tədqiqatlar göstərir ki, ərazimizdə güclü, katastrofik zəlzələyə səbəb olacaq seysmogen hazırlıq getmir. Qaldı ki 4, 5 və ya 6 ballıq təkanlara, bunlar təhlükəli deyil, hətta normal tikililərdə xırda çat belə yaratmır.

Yaxın zamanlar üçün ölkəmizdə hər hansı bir zona yoxdur ki, orada güclü zəlzələ olması gözlənilsin. Bu hal yaxın gələcək üçün müşahidə edilmir".
скачать dle 11.3
Mojo.az Banner