Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda hər gün yüzlərlə kiçik yeraltı təkan olur, beynəlxalq razılaşmalara görə deyilmir

10.08.2019 15:58 3 081
Azərbaycanda hər gün yüzlərlə kiçik yeraltı təkan olur, beynəlxalq razılaşmalara görə deyilmir
Azərbaycanda hər gün yüzlərlə təkan baş verir, amma beynəlxalq razılaşmalara görə deyilmir.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

V.Rafiqqızı bildirib ki, son günlər qonşu dövlətlər - İran, Türkiyə və Gürcüstanda baş verən zəlzələlərin Azərbaycandakı seysmik zonalarla, zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur:

“Cənubi Qafqaz regionu daxil olmaqla, İran və Türkiyə ərazisi seysmik baxımdan aktiv bölgədə yerləşir. Dünyanın başqa yerlərində də seysmik aktivlik var. Seysmik aktiv bölgə üçün vaxtaşırı olaraq müəyyən hiss olunan və olunmayan, güclü, yaxud zəif zəlzələlərin baş verməsi xarakterik haldır. Çünki litosferin tərkibində dəyişiklik gedir, plitələr hərəkət edir. Məhz plitələrin hərəkəti zamanı litosferdə gedən proseslər zəlzələ ocaqlarının hərəkətə gəlməsi və güclü təkanların baş verməsi ilə nəticələnir.

Türkiyənin Dənizli bölgəsindəki zəlzələ gözlənilən idi. Dünən bəzi media qurumlarında proqnozların özünü doğrultması ilə bağlı məlumatlar getmişdi. Amma heç kəs deyə bilməz ki, sabah saat neçədə, harada, hansı gücdə zəlzələ olacaq. Sadəcə, Dənizli bölgəsi çox aktiv zonadır. Orada zəlzələlərin olması daim gözlənilir”.

O qeyd edib ki, ümumiyyətlə, İran və Türkiyədəki zəlzələlərin Azərbaycanla birbaşa əlaqəsi yoxdur:

“Amma Azərbaycan seysmik baxımdan aktiv zonada yerləşir. Bura Alp-Himalay qırışıqlığı zonasının üstündədir. Bizdə Xəzər dənizi, Şamaxı-İsmayıllı, Şəki-Balakən zonası, Gəncə- Daşkəsən, cənubda Lerik-Talış dağlıq sistemi bu qırışıqlığa daxildir.

Azərbaycan ərazisi seysmik zona olduğu üçün burada vaxtaşırı hiss olunan və olunmayan təkanlar qeydə alınır. Əslində, maqnitudası 3 və ya 3,5 olan təkanların olması müsbətdir. Çünki ocaqlarda müəyyən qədər boşalma gedir. Yəni orada güc, enerji toplanmır. Adətən, hansısa seysmik bölgədə aktivlik zəifləyəndə zəlzələ ocaqlarında enerji toplanması gedir. Ondan sonra bu, daha güclü zəlzələlərin olması ilə müşahidə olunur”.

Şöbə müdiri vurğulayıb ki, son günlər həm Ağsuda, həm Lerikdə, həm də ən aktiv zonamız olan Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələlər qeydə alınır. Ümumiyyətlə, Xəzərdə müntəzəm olaraq zəlzələlər baş verir:

“Heç kəs zəlzələnin dəqiq proqnozunu verə bilməz. Amma kimsə də istisna edə bilməz ki, seysmik aktiv bölgədə təkanlar olmayacaq. Aktiv bölgələr üçün zəlzələlərin olması xarakterik haldır. Bütün dünyada seysmologiya elmində proqnozlar verilə bilməz. Sadəcə, uzunmüddətli proqnoz olur ki, hansısa aktiv bölgədə zəlzələ ola bilər”.

V.Rafiqqızı əlavə edib ki, hazırda mərkəzin xüsusi monitorinq şəbəkəsi fəaliyyət göstərir:

“Bizim 35 daimi və yeddi mobil stansiyamız işləyir. Həmçinin amerikalı seysmoloqlarla birgə “Qafqaz Kəsilişi” layihəsi çərçivəsində 17 əlavə stansiya quraşdırılıb. Hazırda iş gedir. Həm də Azərbaycan dünyadakı seysmik bölgələrin monitorinqindədir.

Bizim cihazlarımız hər gün baş verən təkanları qeydə alır. Hər gün maqnitudası üçdən aşağı olan yüzlərlə təkan baş verir. Sadəcə, beynəlxalq razılaşmalara əsasən, onlar deyilmir. Həmin məlumatlar seysmoloji elmi tədqiqatlarda istifadə olunur”.скачать dle 11.3
Mojo.az Banner