Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi

21.08.2026 16:55 522
Alimlər Günəşdə güclü partlayış qeydə alıblar - Maqnit fırtınası təhlükəsi
Avqustun 21-də tədqiqatçılar tərəfindən Günəş səthində gücünə görə sondan əvvəlki sinfə aid edilən partlayış qeydə alınıb.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumatına görə, avqustun 21-də Bakı vaxtı ilə saat 13:50-də rentgen diapazonunda M1.6 sinifli partlayış qeydə alınıb.

Bildirilir ki, avqustun 20-də Günəşdə eyni vaxtda üç M və 16 C sinifli partlayış baş verib. Yaxın günlərdə isə ən yüksək olan X sinfinə aid partlayışların olması ehtimal edilir.

Alimlər xatırladıblar ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücünə görə təsnif edilir və beş kateqoriyaya (A, B, C, M və X) bölünür. Ən minimal A0.0 sinfi Yer orbitində hər kvadrat metrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti sinfə keçid zamanı bu güc on dəfə artır. Mütəxəssislər həmçinin vurğulayıblar ki, bu cür partlayışlar plazma atılmaları ilə müşayiət oluna bilər. Həmin plazma buludları Yerə çatdığı təqdirdə, planetimizdə maqnit fırtınalarının yaranmasına səbəb ola bilərlər.

Son xəbərlər