Yaxın günlərdə temperatur 41 dərəcəyə çatacaq - AÇIQLAMA
Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, avqustun 22-25-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 33-38, Azərbaycanın rayonlarında 35-38, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində isə 40-41°-dək isti olacağı gözlənilir.
