Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir

18.08.2026 16:24 378
Bolqarıstanın "ÇSKA Sofiya" klubunda çıxış edən Ceyms Eto "Qarabağ"ın transfer hədəfinə çevrilib. Ağdam təmsilçisi artıq kamerunlu futbolçu üçün qarşı tərəfə rəsmi təklif ünvanlayıb.

Ağdam klubunun kamerunlu yarımmüdafiəçini heyətinə qatmaq cəhdi hələlik nəticəsiz qalıb.

Belə ki, "ÇSKA Sofiya" rəhbərliyi "Qarabağ"ın etdiyi ilkin təklifi yetərsiz hesab edərək geri çevirib. Sofiya təmsilçisi istedadlı futbolçu ilə vidalaşmaq üçün ən azı 2 000 000 avro təzminat tələb edir.

Məlumata görə, yarımmüdafiəçi özü də gələcək karyerasını Azərbaycanda davam etdirmək perspektivinə olduqca müsbət yanaşır. Ötən mövsüm nümayiş etdirdiyi parlaq oyunla diqqətləri üzərinə çəkən və aktivinə 10-dək məhsuldar ötürmə yazdıran 26 yaşlı oyunçu bu yaxınlarda MOİK ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər yeniləyib.

Qeyd edək ki, Ceyms Etonun transferi uğrunda mübarizədə "Qarabağ" tək deyil. Bolqarıstanın "Ludoqorets" və Belçikanın "Gent" komandaları da futbolçunun xidmətində yaxından maraqlı olduqlarını nümayiş etdirirlər.

Xatırladaq ki, Avropa Liqasının təsnifat mərhələsinin 2-ci raundunda məhz sözügedən Bolqarıstan klubu "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdı (0:0, 0:0, penaltilər seriyası - 5:4). Həmin gərgin qarşılaşmanın penaltilər seriyasında Ağdam klubunu məyus edən həlledici zərbənin müəllifi də məhz Eto olmuşdu.

Son xəbərlər