Mojo.az Banner
18:18 Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur  |     18:09 Azərbaycanda qardaş bacısını maşında öldürdü  |     18:07 Füzulidə 16 yaşlı oğlanın meyiti tapıldı  |     17:52 Azərbaycan və Gürcüstan sərhəddə sıxlığı aradan qaldırmağı müzakirə ediblər  |     17:48 Azərbaycan qərəzli məlumat yaydığına görə CNN-i məhkəməyə verib  |     17:22 Rumıniyalı futbolçu "Neftçi"yə keçidini açıqladı: "Son qərarı mən verəcəyəm"  |     17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |    
Left Banner
Right Banner

İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

18.08.2026 16:08 105
İlham Əliyev Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 18-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Çıxışına Azərbaycan dilində başlayan Dankan Norman deyib: "Zati-aliləri, həyat yoldaşım Kerri ilə mən 27 il əvvəl Azərbaycana ilk dəfə gələndə insanların mehribanlığı və Bakının böyük potensialı bizi çox təəsirləndirdi. O vaxtdan bəri Azərbaycan çox böyük inkişaf yolu keçib. Ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifəni açmaqdan şərəf duyuram".

Birləşmiş Krallıq ilə Azərbaycan arasında yeni strateji tərəfdaşlıq üzərində işin davam etdiyini bildirən səfir bunun ortaq prioritetlərimiz üzrə daha dərin əməkdaşlıq, təhlükəsizliyin gücləndirilməsi və innovasiyalar vasitəsilə nailiyyətlərimizi daha da inkişaf etdirəcəyini vurğulayıb.

Səfir bərpaolunan enerji, müdafiə, aviasiya istiqamətlərində ölkəmizlə dinamik tərəfdaşlıq qurmaq istədiklərini deyib, təhsil sahəsində əlaqələri qeyd etdi və gənclər arasında körpülərin gücləndiyini diqqətə çatdırıb.

O, Prezident İlham Əliyevin Azərbaycanla Ermənistan arasında sülhün qurulması istiqamətində səylərinin Böyük Britaniya Hökuməti tərəfindən təqdir edildiyini və bu irəliləyişin dəstəkləndiyini deyib.

Dankan Norman, eyni zamanda, ölkəsinin Azərbaycanın minatəmizləmə səylərini dəstəkləyən ilk beynəlxalq tərəfdaş olduğunu xatırlayıb.

Dövlətimizin başçısı səfirə Bakıda xoş vaxt keçirməyi arzulayıb, onun Azərbaycan dilində danışmasını yüksək qiymətləndirib.

Prezident İlham Əliyev gündəliyimizlə bağlı məsələlərin yalnız ikitərəfli müstəvidə deyil, regional inkişaf və əməkdaşlıq baxımından da böyük əhəmiyyət kəsb etdiyini deyib.

Minatəmizləmə sahəsində yardıma görə Böyük Britaniya Hökumətinə minnətdarlığını ifadə edən dövlətimizin başçısı bu sahədə ölkəmizin daha sıx beynəlxalq əməkdaşlığa ehtiyacı olduğunu bildirib.

Otuz il əvvəl Azərbaycan-Böyük Britaniya əməkdaşlığının məhz enerji sahəsində başladığını xatırladan Prezident İlham Əliyev hazırda bərpaolunan enerji istiqamətində tərəfdaşlıq üçün böyük potensialın olduğunu bildirib, bu xüsusda ölkəmizdə ilk Günəş elektrik stansiyasının bp tərəfindən tikildiyini qeyd edib.

Dövlətimizin başçısı müstəqilliyimizin 35 ilinin bir ilini sülh şəraitində yaşadığımızı deyərək bunun region üçün böyük bir dəyişiklik olduğunu vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, regiondakı vəziyyəti nəzərə alaraq, təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək.

Ölkəmizdə müsbət investisiya mühitinin yaradıldığını deyən dövlətimizin başçısı Azərbaycan və Britaniya şirkətləri tərəfindən böyük qarşılıqlı marağın olduğu vurğulayıb.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.









скачать dle 11.3
Mojo.az Banner