Mojo.az Banner
23:01 Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov  |     22:54 Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?  |     22:49 Dumanlı havada obyektlər daha uzaqdakı kimi görünür - Ekspert  |     22:41 Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - Video  |     22:36 Bu ölkədə vətəndaş müharibəsi yenidən başlaya bilər - BMT-dən təcili çağırış  |     22:29 Pul verib ixtisas seçdirənlərə - Çağırış etdi  |     22:27 Bu 4 BÜRCÜ böyük dəyişiklik gözləyir  |     22:17 Sumqayıtda FACİƏ: gənc qız binadan düşüb ÖLDÜ  |     22:09 Güzdəkdə daş karxanasında FACİƏ: fəhlə öldü  |     22:04 Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi  |     22:03 "Qarabağ"dan üç qollu qələbə  |     22:02 Türkiyədə istefada olan kontr-admiral həbs edildi  |     21:59 700 bal toplayanların bölgələri: Hansı şəhərlər daha çox yüksək nəticə verib?  |     21:51 Xırdalanda 8 marşrutun hərəkət istiqaməti dəyişdi  |     21:30 Ali Məhkəmə Trampın müraciətini ikinci dəfə rədd etdi  |     21:17 Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib  |     21:16 Ağdaş sakinlərinin yol PROBLEMİ: Məktəblilər palçıqlı yollarda çətinlik çəkirlər - Video  |     21:13 Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb  |     20:56 İlk elektrikli "Ferrari" rəsmi qiymətindən 62 dəfə baha satıldı  |     20:49 Karxanada ayağı qurğuda qalan kişi öldü  |    
Left Banner
Right Banner

Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi

17.08.2026 22:04 102
Məleykə Abbaszadə pul verib ixtisas seçdirənlərə çağırış etdi
"Hazırda ixtisas seçimi mərhələsindəyik və hələ də seçim etməyən abituriyentlərlə bu proseslə bağlı neçə müşahidəmi bölüşmək istəyirəm. İlk tövsiyəm budur: ixtisas seçimi ilə bağlı ödənişli xidmət almağa tələsməyin".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə sosial media hesabında yazıb.

O bildirib ki, Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzlərində və səyyar xidmətlərində abituriyentlərə ödənişsiz dəstək göstərilir.

"Xidmətin ödənişsiz olması onun yalnız ümumi məlumat verməsi demək deyil. Əksinə, məsləhətlər hər bir abituriyentin nəticəsi, mövcud seçim imkanları və DİM-in rəsmi məlumat bazasında olan göstəricilər əsasında verilir.

Bu mərkəzlərdə çalışan əməkdaşlar ixtisas seçimi prosesini və qəbul mexanizmlərini yaxşı bilən, müvafiq məlumatlarla işləyən peşəkarlardır. Elə buna görə də tövsiyəm budur ki, ilk növbədə rəsmi məsləhət xidmətindən yararlanın, yalnız bundan sonra əlavə dəstəyə ehtiyacınız olub-olmadığına qərar verin", - deyə o əlavə edib.

"İxtisas seçiminə başlamazdan əvvəl isə özünüzə bu 5 sualı verin:

-Mən əslində nə istəyirəm?

-Nəticəm mənə hansı seçimləri etməyə imkan verir?

-Bu ilin statistik göstəriciləri hansı ehtimalları göstərir?

-Seçimimin hansı məsuliyyətini öz üzərimə götürməyə hazıram?

-Əsas seçimim baş tutmasa, alternativim nədir?

Sizə ixtisas seçimi ilə bağlı məsləhət verən şəxs də bu sualların cavabını sizinlə birlikdə axtarmalıdır. Çünki ixtisas seçimi sadəcə "hara qəbul ola bilərəm?" sualından ibarət deyil. Burada abituriyentin istəyi, nəticəsi, real imkanları və alternativləri birlikdə nəzərə alınmalıdır.

Bir vacib məqama da xüsusi diqqət çəkmək istəyirəm.

Heç kim sizə müəyyən ixtisasa qəbul olunacağınıza zəmanət verə bilməz. Kimsə sizə "keçid balları ilə bağlı məndə xüsusi məlumat var", "nəticəni əvvəlcədən bilirəm" və ya buna bənzər vədlər verirsə, buna inanmayın.

Qəbul prosesi ilə bağlı mövcud rəsmi məlumatlar açıqdır və hamı üçün əlçatandır. Heç kimin əlində digərlərinin çıxışı olmayan "gizli keçid balı" və ya qəbul nəticəsini əvvəlcədən müəyyən edən məlumat yoxdur.

Abituriyent Məsləhət Mərkəzlərinə təkcə ilk gün ərzində 5 mindən çox müraciətin daxil olması da bu xidmətə olan ehtiyacı göstərir.

İxtisas seçimi həyatınızın vacib qərarlarından biridir. Bu qərarı qorxu, tələskənlik və ya zəmanət vədləri ilə deyil, rəsmi məlumat, düzgün təhlil və öz istəyinizi nəzərə alaraq verin.

Əvvəlcə etibarlı və rəsmi mənbədən yararlanın. Ehtiyac qalarsa, bundan sonra digər seçimləri dəyərləndirə bilərsiniz", - deyə DİM sədri vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner