Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə istefada olan kontr-admiral həbs edildi

17.08.2026 22:02 384
Türkiyədə istefada olan kontr-admiral həbs edildi
Türkiyədə istefada olan kontr-admiral Türker Ertürk sosial şəbəkələrdə yayımladığı videoda işlətdiyi ifadələrlə bağlı başlanılan istintaq çərçivəsində həbs edilib.

Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilib ki, İstanbulun Bakırköy Baş Prokurorluğu Ertürkün sosial şəbəkə hesabında paylaşdığı videodakı ifadələr əsasında istintaqa başlayıb. Ertürk "xalq arasında qorxu və təşviş yaratmaq məqsədilə təhdid" və "cinayət törətməyə təhrik etmə" ittihamları ilə saxlanılıb.

Polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra Ertürk məhkəməyə gətirilib. Məhkəmənin qərarı ilə o, həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Son xəbərlər