Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə onlarla şirkətin üzərinə həbs qoyuldu: Aralarında "Habertürk" və "Show TV" də var

11.09.2025 12:46 570
Türkiyədə onlarla şirkətin üzərinə həbs qoyuldu: Aralarında
Türkiyənin "Habertürk" və "Show TV" kimi nəhəng media holdinqlərinin də daxil olduğu 121 şirkətin üzərinə həbs qərarı qoyulub.

Median.Az
bu barədə "TRT Haber"ə istinadən məlumat yayıb.

İstintaq işinin İstanbulun Küçükçekmece Respublika Prokurorluğu tərəfindən başladıldığı bildirilir. Artıq səkkiz yüksəkvəzifəli şəxs haqqında həbs qərarı çıxarılıb.

Qeyd olunur ki, söhbət cinayət təşkilatı yaratmaq, qaçaqmalçılıq, fırıldaqçılıq, çirkli pulların yuyulması kimi iddialarından gedir.

Son xəbərlər