Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

18 yaşına çatmayanların işə qəbuluna hansı hallarda icazə verilmir?

17.08.2026 20:43 336
18 yaşına çatmayanların işə qəbuluna hansı hallarda icazə verilmir?
Azərbaycanda 18 yaşına çatmayan şəxslərin əməyindən istifadə ilə bağlı bir sıra xüsusi tələblər və məhdudiyyətlər müəyyən edilib.

Əmək Məcəlləsində yaşı 18-dən az olan işçilərin əmək şəraiti, əməyin mühafizəsi, iş vaxtı və işə cəlb olunması ilə bağlı xüsusi təminatları var.

Qanunvericiliyə görə, 15 yaşına çatmayan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

18 yaşına çatmayan şəxslər isə yalnız tibbi müayinədən keçdikdən sonra işə qəbul edilə bilərlər. Onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına tibbi müayinədən keçirilməlidirlər.

Bundan əlavə, azyaşlıların ümumi orta təhsil almaq imkanlarını məhdudlaşdıran işlərə cəlb edilməsi qadağandır.

18 yaşına çatmayanların hansı işlərdə çalışması qadağandır?

Əmək Məcəlləsinə əsasən, 18 yaşına çatmayan şəxslərin ağır və zərərli əmək şəraiti olan işlərdə, yeraltı işlərdə və onların mənəvi inkişafına mənfi təsir göstərə biləcək sahələrdə çalışdırılmasına icazə verilmir.

Onların gecə klublarında və barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksiki preparatların istehsalı, daşınması və saxlanılması, eləcə də narkotik vasitələrlə bağlı işlərə cəlb edilməsi qadağandır.

Azyaşlı işçilərin ağır yüklərin qaldırılması və daşınması ilə bağlı işlərə cəlb olunmasına da xüsusi məhdudiyyətlər qoyulub.

Belə ki, 16-18 yaşlı oğlan işçilər üçün müəyyən hallarda əl ilə qaldırılaraq daşınan əşyaların ümumi çəkisi 15 kiloqramdan, 1,5 metrdən artıq hündürlüyə qaldırılan əşyaların çəkisi isə 10 kiloqramdan çox olmamalıdır.

16-18 yaşlı qız işçilər üçün bu göstəricilər müvafiq olaraq 10 və 5 kiloqramdır.

Bütün iş günü ərzində əl ilə qaldırılaraq başqa yerə daşınan əşyaların ümumi çəkisi 10 kiloqramdan artıq olmamalıdır.

16 yaşadək qızlar isə yalnız müəyyən edilmiş normaların üçdə biri həddində olan yüklərin qaldırılması və daşınması işlərinə cəlb edilə bilərlər. Onların bütün iş günü ərzində yük qaldırma və daşıma işlərinə cəlb olunması qadağandır.

Azyaşlılar gecə və artıq işlərə cəlb edilə bilməz

Qanunvericiliyə əsasən, 18 yaşına çatmayan işçilərin gecə vaxtı, iş vaxtından artıq, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb olunmasına yol verilmir.

Həmçinin onların ezamiyyətə göndərilməsi də qadağandır.

18 yaşına çatmayan işçilər üçün gecə vaxtı 20:00-dan 07:00-dək olan müddət hesab edilir.

Qanunvericilikdə azyaşlı işçilərin iş vaxtı və əməkhaqqı ilə bağlı da xüsusi təminatlar nəzərdə tutulub. Onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilir. Bununla belə, qanunda nəzərdə tutulan hallarda əməkhaqqı yaşlı işçilər üçün müəyyən edilmiş tam iş vaxtına uyğun qaydada hesablanır.

Beləliklə, işəgötürənlər 18 yaşına çatmayan şəxsləri işə qəbul edərkən onların yaşı, sağlamlığı, təhsil imkanları, əmək şəraiti və əməyin mühafizəsi ilə bağlı xüsusi tələblərə əməl etməlidirlər.
//qaynar.az

Son xəbərlər