Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI

15.08.2026 21:07 408
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Türkiyədə müxtəlif cinayətlərdə ittiham olunaraq barəsində axtarış qərarı çıxarılan Ö.A.K. Azərbaycanın paytaxtı Bakıda saxlanılaraq ölkəsinə göndərilib.

Türkiyə Daxili İşlər Nazirliyi Azərbaycan polisi ilə birgə beynəlxalq əməliyyat keçirildiyini açıqlayıb.

Nazirliyin açıqlamasına görə, iş adamlarından hədə-qorxu ilə pul tələb etmə ilə bağlı hadisələrdə iştirak etdiyi bildirilən Ö.A.K.-nin izi müəyyənləşdirilib. Onun "yeni nəsil cinayət təşkilatlarının üzvləri ilə əlaqəsi" də üzə çıxıb.

Barəsində "qəsdən adam öldürmə", "istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, qəbul etmə, saxlama və istifadə etmə", həmçinin iki ayrı "lisenziyasız odlu silah və patronları alma və ya daşıma" cinayətlərinə görə axtarış qərarı çıxarılan Ö.A.K. Bakıda saxlanılıb.

Şübhəli şəxs Türkiyəyə aparılıb.

Son xəbərlər