Mojo.az — elanlar
RU
Son Xəbərlər
22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |     20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Ekspres marşrutların ilk və son dayanacağı - Video

14.08.2026 19:20 264
Ekspres marşrutların ilk və son dayanacağı - Video
Bakıda metro xətlərinin ayrılması ilə əlaqədar sərnişindaşımanın fasiləsizliyini təmin etmək məqsədilə 6 yeni ekspres avtobus marşrutu bu gündən fəaliyyətə başlayıb.

“Bakı Metropoliteni” QSC tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində avqustun 15-dən “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bununla əlaqədar sərnişinlərin alternativ nəqliyyat vasitələrinə çıxışını təmin etmək üçün AYNA tərəfindən 6 ekspres marşrut təşkil olunub.

Yeni ekspres marşrutlar aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir:

M1 – “Elmlər Akademiyası” – “28 May”;

M2 – “İnşaatçılar” – “Nizami” – “28 May”;

M3 – “20 Yanvar” – “Nizami” – “28 May”;

M4 – “20 Yanvar” – “Koroğlu”;

M5 – “20 Yanvar” – “Gənclik”;

M6 – “Elmlər Akademiyası” – “Gənclik”.

Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut xətti üzrə avtobusların sayı artırılacaq. Dəyişiklik 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutları əhatə edəcək.

Eyni zamanda, avqustun 13-dən “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyən edilib.

Son xəbərlər