Mojo.az Banner
20:25 Gecə şəkəri normal saxlamaq üçün nə içmək lazımdır?  |     20:20 Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı  |     20:12 Kolumbiyada ölənlərin sayı artdı  |     20:07 Üçüncü ixtisas qrupu ilə bağlı vacib məlumatlar  |     19:59 Ağaclar qanunsuz kəsildi - Təbiətə 71 min manatdan çox ziyan vurdular  |     19:54 Şəhid anası vəfat etdi  |     19:46 İkinci qrupda 600 və daha çox bal toplayanları sayı açıqlandı  |     19:40 İkinci ixtisas qrupunda neçə plan yeri ayrılıb?  |     19:33 Rusiya hərbi binasını partlatmağa çalışan qadın həbs edildi  |     19:28 Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı  |     19:23 Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi  |     19:20 Ekspres marşrutların ilk və son dayanacağı - Video  |     19:15 Avtoxuliqanlıq edən moped sürücüsü həbs olundu  |     19:09 İcra başçısını təhqir edən şəxs həbs olundu  |     19:01 BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi  |     18:55 Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi  |     18:46 Payız üçün ən dəbli saç rəngi açıqlandı  |     18:41 Ronaldo yeni imicdə  |     18:18 Kartdan-karta köçürmələrdəki limitə görə qiymətlər artacaq? - AÇIQLAMA  |     18:14 Sumqayıtda kafedə yanğın: Obyekt tamamilə külə döndü  |    
Left Banner
Right Banner

"Nizami"-"28 May" ekspres avtobuslarında kimlər pulsuz gedəcək? - RƏSMİ CAVAB

05.08.2026 20:31 222
Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək ekspres avtobuslarda həssas əhali qrupları üçün güzəştlərin tətbiq edilib-edilməyəcəyi maraq doğurur.

Sfera.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, bu məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Qeyd olunub ki, şəhərdaxili marşrutlarda sərnişindaşıma ilə bağlı güzəştlər Nazirlər Kabinetinin müvafiq qərarları ilə tənzimlənir.

Xatırladaq ki, "Bakı Metropoliteni" QSC-nin məlumatına görə, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsi ilə əlaqədar avqustun 15-dən "Dərnəgül" istiqamətindən gələn qatarlar yalnız "Nizami" stansiyasına qədər hərəkət edəcək.

Sərnişinlərin daşınmasının fasiləsiz təmin olunması məqsədilə "Nizami" və "28 May" stansiyaları arasında 6 ekspres avtobus xəttə buraxılacaq. "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, avtobuslar 2 dəqiqə 30 saniyə intervalla fəaliyyət göstərəcək və bu marşrut üzrə gediş ödənişli olacaq.

Bununla yanaşı, ekspres avtobuslarda həssas əhali qrupları üçün ayrıca güzəşt mexanizminin tətbiqi ilə bağlı hələlik hər hansı rəsmi qərar açıqlanmayıb. AYNA-nın bildirdiyinə görə, bu məsələ şəhərdaxili sərnişindaşıma sahəsində qüvvədə olan Nazirlər Kabinetinin qərarları əsasında tənzimlənir.

Qeyd edək ki, məsələ ilə bağlı Nazirlər Kabinetinə də sorğu göndərmişik. Güzəştlərin tətbiqi ilə bağlı rəsmi mövqe açıqlanacağı təqdirdə əlavə məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner