Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır

18.04.2025 20:41 936
Bakı metrosunda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər planlaşdırılır
“Bakı Metropoliteni” QSC metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatdan istifadə sahəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlığa başlayıb.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır: "Tikinti zamanı “28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq. Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklər”.

B. Məmmədov bildirib ki, yeganə məhdudiyyət “28 May-Nizami” istiqamətində olacaq: “Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.

Onun sözlərinə görə, hazırda əsas məqsəd sərnişin axını istiqamətlərini təhlil edərək optimal qərarların verilməsidir:

"28 May-Nizami" stansiyaları arasındakı məsafə hazırda təxminən 2 dəqiqəyə qət edilir. Tikinti dövründə sərnişinlər bu məsafəni avtobuslarla keçməli olacaqlar ki, bu da müəyyən vaxt itkisinə səbəb olacaq. Bu səbəbdən AYNA ilə birgə sərnişinlərin rahatlığı üçün ən uyğun həll yollarının müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Bu məsələlərin dəqiqləşdirilməsi üçün bir neçə ay vaxtımız var”.

Son xəbərlər